Icma.az
close
up
RU
Normallaşma prosesini əngəlləyən üçlük: Dekotinyi, Okampo və katalikos

Normallaşma prosesini əngəlləyən üçlük: Dekotinyi, Okampo və katalikos

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət sərgiləməkdə davam edir. Bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotinyi də bu fəaliyyətin öncülləri sırasındadır.

O, növbəti dəfə Azərbaycanla şərti sərhəddə yerləşən kəndə səfər edib, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) qərargahında olub.

"Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək bizim üçün böyük şərəf oldu və biz ona missiyanın son işləri barədə məlumat verdik. O, həmçinin, yerlərdəki səylərimizlə şəxsən tanış olmaq üçün Xaçik kəndində patrul xidmətinə qoşuldu. Davamlı dəstək və əməkdaşlığa görə minnətdarıq", - missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edilib.

Özünü Qərbin canişini kimi aparan, fəaliyyəti diplomatik etiketlərə zidd olan bu şəxs şərti Ermənistan-Azərbaycan sərhədində həddindən artıq tez-tez görünür, gah müşahidə missiyası ilə poza verir, gah qonaqlar gətirir. Bu səfərlər diplomatik protokol çərçivəsindən kənara çıxır.

Təbii ki, Dekotinyinin səfəri casus və təxribatçı məqsədi daşıyır.

Görünən odur ki, Fransa Makronun timsalında Azərbaycana qarşı "səlib yürüşü"nə başlayıb. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etmək istəməyənlər, anti-Azərbaycan şəbəkənin öncülləri sırasında olanlar arasında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Luis Moreno Okampo da var. Şübhəsiz ki, qoca korrupsioner Okampo Ermənistanda sifarişçi qarşısında hesabat verir.

Qərbdə erməni lobbisinin oyununa qoşularaq təqaüddə pul qazanmaq qərarına gələn keçmiş prokuror sakitləşmək bilmir.

Yeri gəlmişkən, vaxtaşırı bu qoca ikinci dərəcəli nəşrlərdə anti-Azərbaycan məqalələr dərc edir, naməlum insanlarla qeyri-müəyyən görüşlər keçirir. İndi isə Okampo İrəvanda öz sponsoru - cübbəli baş fırıldaqçı II Qareginlə görüşüb. Bu dəfə də ənənəsinə sadiq qalıb və Qarabağ məsələsini qaldırıb.

O, işğaldan azad edilən Qarabağdan könüllü çıxan erməniəsilli şəxslərə qarşı "etnik təmizləmə"nin baş verdiyini iddia edib. Erməni katolikosla görüşdə Okampo COP29-dan da bəhs edib. Hesabat dolu çıxışında iqlim sammiti gedişində Bakıda həbsdə saxlanılan terrorçuluqda və separatizmdə ittiham olunan şəxslərin azad edilməsi istiqamətində apardığı işlər və yekunu barədə məlumat verib.

Görünən odur ki, Qərbdə erməni lobbisinin oyununa qoşularaq təqaüddə pul qazanmaq qərarına gələn Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru hələ də sakitləşmir. Vaxtaşırı anti-Azərbaycan kampaniyalar aparır, naməlum insanlarla qeyri-müəyyən görüşlər keçirir. O, sonuncu anti-Azərbaycan tapşırığı tamamilə uğursuz yerinə yetirib. Belə ki, Okampo İrəvanda öz sponsoru - baş fırıldaqçı II Qareginlə görüşüb.

Həm səfir, həm də Okamponun bir mərkəzdən idarə olunmaları şübhə doğurmur. Hər iki şəxsin bədnam missiyasının arxasında Fransa və erməni lobbisi dayanır.

Ermənistan hakimiyyəti sülh prosesi barədə danışdığı halda adıçəkilən şəxslər hər vəchlə buna qarşı çıxır, prosesin əngəllənməsinə nail olmağa çalışırlar. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sərhədlərin delimitasiyası prosesində irəliləyiş olduğunu bildirdiyi halda, Dekotinyi, Okampo və katolikos kimi şəxslər prosesə qarşı çıxırlar.

Nazir bildirib ki, "sərhəd var və biz onun harada olduğunu bilirik".

Maraqlı olan həm də odur ki, İrəvana səfər edən keçmiş prokuroru rəsmilərdən heç kim qəbul etməyib və bu səbəbdən də katolikosla görüşüb. Bəllidir ki, məhz erməni kilsəsi Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişafına, xalqlar arasında mehriban münasibətlərin yaranmasına mane olan tərəf kimi çıxış edib. Kilsə həm də Qarabağda separatçılıq hərəkatının qızışdırılmasında ilhamverici qüvvələrdən olub. Bu səbəbdən də Okamponun katolikosla görüşə can atması təsadüfi deyil.

Çox güman ki, Qaregin adı rüşvət və korrupsiya qalmaqallarında hallanan Okampoya gələcək fəaliyyəti üçün maliyyə də ayırıb.

Yeri gəlmişkən, erməni lobbisinin muzdlusu Qarabağdakı keçmiş separatçıları, dolayısı ilə terrorizmi dəstəklədiyini dəfələrlə bəyan edib. Onun cızma-qaralarla dolu "Müharibə və yaxud ədalət məhkəməsi: Cəzasızlığın sona çatdırılması" "kitabı"nı xatırlatmaq kifayətdir. Orada artıq mövcud olmayan keçmiş "DQR"ə açıq dəstək nümayiş olunub, beşinci fəsil tamamilə Qarabağ münaqişəsinə həsr edilib. "Ermənidən artıq erməni" olmağa iddialı olan bu şəxs artıq uzun müddətdir separatçıları əzabkeş qismində qələmə verir.

Qarabağda Ermənistan tərəfindən törədilmiş cinayətlər, Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların oradan zorla köçürülməsi mövzularında 30 il ərzində bir kəlmə belə danışmayan Okampo və ona bənzərlər mütəmadi olaraq Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin müdafiəsinə qalxıb, siyasi məhbus mövzusu ilə üzərimizə hücuma keçiblər.

Luis Okampo, bəzi ABŞ konqresmenləri və senatorlar, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin məqsədyönlü və sifarişlə üzərimizə hücum etmələri, əslində, Qərbin riyakar, ikili siyasətinin bariz nümunəsidir.

COP29 kimi mötəbər konfrans ərəfəsində və tədbirin gedişində də bu çirkin fəaliyyətin şahidi olduq. Ölkəmizə qarşı çirkin oyunlarını daha da gücləndirən qərbli siyasilər Azərbaycanı qaralamaq üçün erməni lobbisindən və anti-Azərbaycan qüvvələrdən aldıqları sifarişləri can-başla icra edirlər. Onlar "siyasi məhbus" kimi "kiflənmiş" mövzuları yenidən gündəmə gətirməklə şantaj və qarayaxma kampaniyasını davam etdirirlər.

Azərbaycanın artan nüfuzu, iqtisadi gücü, siyasi-diplomatik məharəti ona qarşı aparılan çirkin kampaniyaları dəf etməyə imkan verir. Erməni lobbisi, ondan yemlənən Okampo, Dekotinyi və onların dostlarının qərəzli, sifarişli çıxışları Azərbaycanın nüfuzunu zədələmək iqtidarında deyil.

"Report" İnformasiya Agentliyi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Dekabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri