Icma.az
close
up
RU
Normallaşma prosesini əngəlləyən “üçlük” Dekotinyi, Okampo və katalikos ŞƏRH

Normallaşma prosesini əngəlləyən “üçlük” Dekotinyi, Okampo və katalikos ŞƏRH

Report.az saytına istinadən Icma.az xəbər verir.

Fransa Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət sərgiləməkdə davam edir. Bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotinyi də bu fəaliyyətin öncülləri sırasındadır.

O, növbəti dəfə Azərbaycanla şərti sərhəddə yerləşən kəndə səfər edib, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) qərargahında olub.

"Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək bizim üçün böyük şərəf oldu və biz ona missiyanın son işləri barədə məlumat verdik. O, həmçinin yerlərdəki səylərimizlə şəxsən tanış olmaq üçün Xaçik kəndində patrul xidmətinə qoşuldu. Davamlı dəstək və əməkdaşlığa görə minnətdarıq", - missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edilib.

Özünü Qərbin canişini kimi aparan, fəaliyyəti diplomatik etiketlərə zidd olan bu şəxs şərti Ermənistan-Azərbaycan sərhədində həddindən artıq tez-tez görünür, gah müşahidə missiyası ilə poz verir, gah qonaqlar gətirir. Bu səfərlər diplomatik protokol çərçivəsindən kənara çıxır.

Təbii ki, Dekotinyinin səfəri casus və təxribatçı məqsədi daşıyır.

Görünən odur ki, Fransa Makronun timsalında Azərbaycana qarşı sanki “səlib yürüşü”nə başlayıb. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etmək istəməyənlər, anti-Azərbaycan şəbəkənin öncülləri sırasında olanlar arasında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Luis Moreno Okampo da var. Şübhəsiz ki, qoca korrupsioner Okampo Ermənistanda sifarişçi qarşısında hesabat verir.

Qərbdə erməni lobbisinin oyununa qoşularaq təqaüddə pul qazanmaq qərarına gələn keçmiş prokuror sakitləşmək bilmir.

Yeri gəlmişkən, vaxtaşırı bu qoca ikinci dərəcəli nəşrlərdə anti-Azərbaycan məqalələr dərc edir, naməlum insanlarla qeyri-müəyyən görüşlər keçirir. İndi isə Okampo İrəvanda öz sponsoru - cübbəli baş fırıldaqçı II Qareginlə görüşüb. Bu dəfə də ənənəsinə sadiq qalıb və Qarabağ məsələsini qaldırıb.

O, işğaldan azad edilən Qarabağdan könüllü çıxan erməniəsilli şəxslərə qarşı “etnik təmizləmə”nin baş verdiyini iddia edib. Erməni katolikosla görüşdə Okampo COP29-dan da bəhs edib. Hesabat dolu çıxışında iqlim sammiti gedişində Bakıda həbsdə saxlanılan terrorçuluqda və separatizmdə ittiham olunan şəxslərin azad edilməsi istiqamətində apardığı işlər və yekunu barədə məlumat verib.

Görünən odur ki, Qərbdə erməni lobbisinin oyununa qoşularaq təqaüddə pul qazanmaq qərarına gələn Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru hələ də sakitləşmir. Vaxtaşırı anti-Azərbaycan kampaniyalar aparır, naməlum insanlarla qeyri-müəyyən görüşlər keçirir. O, sonuncu anti-Azərbaycan tapşırığı tamamilə uğursuz yerinə yetirib. Belə ki, Okampo İrəvanda öz sponsoru - baş fırıldaqçı II Qareginlə görüşüb.

Həm səfir, həm də Okamponun bir mərkəzdən idarə olunmaları şübhə doğurmur. Hər iki şəxsin bədnam missiyasının arxasında Fransa və erməni lobbisi dayanır.

Ermənistan hakimiyyəti sülh prosesi barədə danışdığı halda adıçəkilən şəxslər hər vəchlə buna qarşı çıxır, prosesin əngəllənməsinə nail olmağa çalışırlar. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sərhədlərin delimitasiya prosesində irəliləyiş olduğunu bildirdiyi halda, Dekotinyi, Okampo və katolikos kimi şəxslər prosesə qarşı çıxırlar.

Nazir bildirib ki, “sərhəd var və biz onun harada olduğunu bilirik”.

Maraqlı olan həm də odur ki, İrəvana səfər edən keçmiş prokuroru rəsmilərdən heç kim qəbul etməyib və bu səbəbdən də katolikosla görüşüb. Bəllidir ki, məhz erməni kilsəsi Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişafına, xalqlar arasında mehriban münasibətlərinin yaranmasına mane olan tərəf kimi çıxış edib. Kilsə həm də Qarabağda separatçılıq hərəkatının qızışdırılmasında ilhamverici qüvvələrdən olub. Bu səbəbdən də Okamponun katolikosla görüşə can atması təsadüfi deyil.

Çox güman ki, Qaregin adı rüşvət və korrupsiya qalmaqallarında hallanan Okampoya gələcək fəaliyyəti üçün maliyyə də ayırıb.

Yeri gəlmişkən, erməni lobbisinin muzdlusu Qarabağdakı keçmiş separatçıları, dolayısı ilə terrorizmi dəstəklədiyini dəfələrlə bəyan edib. Onun cızmaqaralarla dolu “Müharibə və yaxud ədalət məhkəməsi: cəzasızlığın sona çatdırılması” "kitabı"nı xatırlatmaq kifayətdir. Orada artıq mövcud olmayan keçmiş "DQR"ə açıq dəstək nümayiş olunub, beşinci fəsil tamamilə Qarabağ münaqişəsinə həsr edilib. "Ermənidən artıq erməni" olmağa iddialı olan bu şəxs artıq uzun müddətdir separatçıları əzabkeş qismində qələmə verir.

Qarabağda Ermənistan tərəfindən törədilmiş cinayətlər, Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların oradan zorla köçürülməsi mövzularında 30 il ərzində bir kəlmə belə danışmayan Okampo və ona bənzərlər mütəmadi olaraq Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin müdafiəsinə qalxıb, siyasi məhbus mövzusu ilə üzərimizə hücuma keçib.

Luis Okampo, bəzi ABŞ konqresmenləri və senatorlar, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin məqsədyönlü və sifarişlə üzərimizə hücum etmələri əslində Qərbin riyakar, ikili siyasətinin bariz nümunəsidir.

COP29 kimi mötəbər konfrans ərəfəsində və tədbirin gedişində də bu çirkin fəaliyyətin şahidi olduq. Ölkəmizə qarşı çirkin oyunlarını daha da gücləndirən qərbli siyasilər Azərbaycanı qaralamaq üçün erməni lobbisindən və anti-Azərbaycan qüvvələrdən aldıqları sifarişləri can-başla icra edirlər. Onlar “siyasi məhbus“ kimi "kiflənmiş" mövzuları yenidən gündəmə gətirməklə şantaj və qarayaxma kampaniyasını davam etdirirlər.

Azərbaycanın artan nüfuzu, iqtisadi gücü, siyasi-diplomatik məharəti ona qarşı aparılan çirkin kampaniyaları dəf etməyə imkan verir. Erməni lobbisi, ondan yemlənən Okampo, Dekotinyi və onların dostlarının qərəzli, sifarişli çıxışları Azərbaycanın nüfuzunu zədələmək iqtidarında deyil.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see115

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri