Icma.az
close
up
RU
Normanı aşan təmizlik axtarışı

Normanı aşan təmizlik axtarışı

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Psixologiyada “obsessiv-kompulsiv pozuntu” adlanan xəstəlik var və “təmizlik xəstəliyi” də onlardan biridir. Hər şeydə təmizlik axtarışı və hər yerdə ona nail olmaq istəyi bir müddət sonra çıxılmaz hala gətirir. Həddindən artıq təmizlik axtarışı, hər şeyin çirkli olduğuna inanmaq və hər şeyi davamlı olaraq yuyub-silmək kimi hərəkətlərin təkrarlanması “təmizlik xəstəliyi” adlandırılır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun dediyinə görə, həmin xəstəliyə səbəb bəzən müxtəlif psixotravmalar olsa da, bəzi xarici ədəbiyyatlara görə, streptokok infeksiyasıdır. Xəstəlik zamanı xəstə öz hərəkətinin düzgün olmadığını bildiyi halda, davranışlarını nizamlaya bilmir. Xəstəlik insan iradəsinə tabe olmur. Şübhəli düşüncədən xilas olmağa və unutmağa səy göstərsə də, alınmır. Məsələn, əllərini tər-təmiz yuduğu halda təmizliyə əmin olmadığı üçün onu təkrar yuyur.

Yəsgərova onu da qeyd edib ki, xəstəlik özünü dörd formada göstərir: “Birinci forma diqqətlə əlaqədardır. Xəstənin fikri həmişə dolaşıq olur, diqqətini bir yerə cəmləyə bilmir. Məsələn, kiməsə nəsə olacağını fikirləşir, evdən çıxarkən qapını bağlamadığını, qazı və işığı söndürmədiyini düşünür, gün ərzində həmin düşüncələrdən rahatlıq tapa bilmir. İkinci forma simmetriya ilə əlaqədardır. Həmişə çalışır ki, əşyalar bir-birinə paralel olsun və ya hündür binaların mərtəbələrini sayır, maşınların nömrələrinə fikir verir, hər yerdə və hər şeydə uyğunluq və simmetriya axtarır. Üçüncü forma dini inancla əlaqədardır, onların beyinlərinə dinlə bağlı bəzi fikirlər gəlir. Nəhayət, ən çox yayılmış forma təmizliklə əlaqədardır. Ümumiyyətlə, hər kəsdə hansısa oxşar əlamətlər ola bilər, lakin həmin hal yaşam tərzinə, gündəlik həyata mane olursa, artıq xəstəlik halına çevrilir. Məsələn, gündəlik təmizlik işlərinə 20 dəqiqə vaxt sərf edirsə və bu, normal həyat fəaliyyətini pozursa, onu artıq təhlükəli xəstəlik kimi qəbul etmək olar. Xəstəliyə bioloji, psixoloji və ekoloji faktorlar səbəb ola bilər. Çox nizamlı və vasvası, ya da həddindən artıq, ifrat qayda-qanun bu cür düşüncələr və bununla əlaqədar davranış forması inkişaf etdirməsi mümkündür. Anası çox vasvası olan uşaq gələcəkdə “təmizlik xəstəliyinə” yoluxa, eyni zamanda, onun həyatda yaşadığı ağır hadisə də xəstəliyə aparıb çıxara bilər. Məsələn, iflas, boşanma və s. kimi yaşanan hallardan sonra həmin düşüncə və hərəkətlərin özünü büruzə verməsi mümkündür. Xəstəliyə yoluxma ictimai və iş həyatını pozur. Təmizliyə olan həddindən artıq ehtiras ətrafdakı yaxın adamları, qohum və tanışları çəkindirə bilər. Ən böyük zərbə xəstənin özünə dəyir. Təmizliyə çox vaxt sərf etdiyi üçün başqa işlərə vaxt tapa bilmir, ictimai həyatla əlaqəsi pozulur. Ailəli olanda həyat yoldaşı və uşağı ilə ünsiyyətində problem yaşanır. Gücünü təmizlik işlərinə sərf edərək özünü əldən salır, yorğun və əldən düşmüş olur. Müəyyən müddətdən sonra orqanizmdə narahatlıqlar, bel, əzələ və oynaq ağrıları meydana çıxır. Vaxtında müalicə olunmayanda depressiya pozğunluğu kimi narahatlıq da yarana bilər”.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Mart 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri