Icma.az
close
up
RU
Norris mövsümdə 4 cü qələbəsini qazandı

Norris mövsümdə 4 cü qələbəsini qazandı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Formula-1” üzrə dünya çempionatında mövsüm yarılandı: Silverstoun mərhələsi 12-ci idi. Və “Maklaren”in pilotu Lando Norris “doğma divarlar” arasında qələbə qazandı.

"Football-plus.az" xəbər verir ki, bu, 25 yaşlı pilotun 2025 mövsümündəki 4-cü qələbəsidi.
Norrisin komanda yoldaşı, cari mövsümün lideri Oskar Piastri ondan 6,812 saniyə geri qaldı. “Zauber”in pilotu Niko Hülkenberq isə üçüncü oldu.
Çempionatda 239-cu yarışa qatılan 37 yaşlı alman karyerasında ilk dəfə fəxri kürsüyə qalxdı.
Norris fərdi hesabda Piastridən geriliyi 8 xala endirdi. 3-cü pillədə isə 165 xalla Ferstappen qərarlaşıb.
Norris yarışı belə dəyərləndirdi:

“Bu ki möhtəşəmdi! Arzularım çin oldu. Elə hisslər, duyğular yaşayıram ki, bunu ancaq çempionatda qələbə ilə müqayisə etmək olar. Karyeram məhz Silverstounda başlayıb və indi burda qələbə qazana bildim. Həmişə olduğu kimi, qeyri-adi, çox gərgin yarış oldu. Bütün azarkeşlər sağ olsun – onların dəstəyi bu gün mənə çox yardım etdi. İndi qəlbimdə boşluq var. Start ərəfəsində düşündüyün hər şeyi yarışın gedişində unudursan. Əsas qələbəni əldən verməmək idi, bu bir nömrəli qaydadı. Son dövrələrdə artıq tribunalardakı publikaya baxırdım. Sadəcə, bütün bunları yadda saxlamağa, anın həzzini yaşamağa çalışırdım, ona görə ki, bir daha təkrarlanmaya bilər. Hərçənd ümid edirəm ki, təkrarlanacaq. Bu qələbə ilə bağlı xatirələri əbədi yadda saxlayacam”.


Təsnifat mərhələsi
1. Maks Ferstappen (Niderland) 1.24,892
2. Oskar Piastri (Avstraliya) 1.24,995
3. Lando Norris (B.Britaniya) 1.25,010
4. Corc Rassell (B.Britaniya) 1.25,029
5. Lüis Hemilton (B.Britaniya) 1.25,095
6. Şarl Lekler (Monako) 1.25,121
7. Kimi Antonelli (İtaliya) 1.25,374
8. Oliver Berman (B.Britaniya) 1.25,471
9. Fernando Alonso (İspaniya) 1.25,621
10. Pyer Qasli (Fransa) 1.25,785
11. Karlos Sayns (İspaniya) 1.25,746
12. Yuki Sunoda (Yaponiya) 1.25,826
13. Ayzek Hacar (Fransa) 1.25,864
14. Aleksandr Albon (Tayland) 1.25,889
15. Esteban Okon (Fransa) 1.25,950
16. Liam Louson (Yeni Zelandiya) 1.26,440
17. Qabriel Bortoleto (Braziliya) 1.26,446
18. Lens Stroll (Kanada) 1.26,504
19. Niko Hülkenberq (Almaniya) 1.26,574
20. Franko Kolapinto (Argentina) 1.27,060
Həlledici mərhələ
306,198 km (5891 metrlik 52 dövrə)
1. Lando Norris (Maklaren) 1:37.15,735
2. Oskar Piastri (Maklaren) +6,812
3. Niko Hülkenberq (Zauber) +34,742
4. Lüis Hemilton (Ferrari) +39,812
5. Maks Ferstappen (Red Bull) +56,781
6. Pyer Qasli (Alpin) +59,857
7. Lens Stroll (Aston Martin) +1.00,603
8. Aleksandr Albon (Uilyams) +1.04,135
9. Fernando Alonso (Aston Martin) +1.05,858
10. Corc Rassell (Mersedes) +1.10,674
11. Oliver Berman (Haas) +1.12,095
12. Karlos Sayns (Uilyams) +1.16,592
13. Esteban Okon (Haas) +1.17,301
14. Şarl Lekler (Ferrari) +1.24,477
15. Yuki Sunoda (Red Bull) 1 dövrə
Franko Kopapinto (Alpin) və Liam Louson (RB) start götürməyib, Qabriel Bortoleto (Zauber) 3-cü, Ayzek Hacar (RB) 17-ci, Kimi Antonelli (Mersedes) 23-cü dövrədə mübarizədən çəkilib.
Şəxsi birincilik
1. Oskar Piastri 234 xal
2. Lando Norris 226
3. Maks Ferstappen 165
4. Corc Rassell 147
5. Şarl Lekler 119
6. Lüis Hemilton 103
7. Kimi Antonelli 63
8. Aleksandr Albon 46
9. Niko Hülkenberq 37
10. Esteban Okon 23
11. Ayzek Hacar 21
12. Lens Stroll 20
13. Pyer Qasli 19
14. Fernando Alonso 16
15. Karlos Sayns 13
16. Liam Louson 12
17. Yuki Sunoda 10
18. Oliver Berman 6
19. Qabriel Bortoleto 4
Mühəndislər kuboku
1. Maklaren 460
2. Ferrari 222
3. Mersedes 210
4. Red Bull 172
5. Uilyams 59
6. Zauber 41
7. RB 36
8. Aston Martin 36
9. Haas 29
10. Alpin 19
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyul 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri