Norveç Finlandiyanın Ottava müqaviləsindən çıxmasını tənqid edib
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Norveç xarici işlər naziri (XİN) Espen Bart Eyde Finlandiyanın piyada əleyhinə minaları qadağan edən Ottava müqaviləsindən çıxmaqla bağlı qərarından təəssüfləndiyini bildirib.
525.az “Report” a istinadən xəbər verir ki, nazir Norveçin müqavilədən çıxmaq niyyətində olmadığını vurğulayıb.
"Münaqişə tərəflərinin piyadalara qarşı minalardan yenidən istifadə etməyə başlamaması üçün onların istifadəsinə qoyulan qadağanı qorumaq vacibdir", - B.Eyde bildirib.
Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir. Rusiya müqavilənin iştirakçısı deyil və belə sursatlardan fəal şəkildə istifadə edir. Finlandiyanın sazişdən çıxması halında Norveç Rusiyanın onun şərtlərinə əməl edən yeganə qonşu ölkəsi olaraq qalacaq.
Eyni zamanda, “Human Rights Watch”ın məlumatına görə, müqaviləni imzalayan Ukrayna onu pozub.
Xatırladaq ki, aprelin 1-də Finlandiya piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxdığını elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















