Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxmasını rəsmiləşdirdi
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Ottava Konvensiyasından çıxması ilə bağlı qərarı təsdiqləyib və müvafiq fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Kostenko sosial şəbəkə hesabında məlumat verib.
Deputat bildirib ki, Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının piyada əleyhinə minaların istehsalını, toplanmasını və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxmaqla bağlı qərarını qüvvəyə mindirib.
Onun sözlərinə görə, məsələ yaxın vaxtlarda parlamentin gündəliyində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, bundan əvvəl Finlandiya, Estoniya, Latviya, Litva və Polşa da bu beynəlxalq müqavilədən çıxdıqlarını açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:Ukrayna Ottava Konvensiyasından çıxır Zelenski fərman imzaladı
29 İyun 2025 15:47
Litva Ottava Konvensiyasından çıxıb
08 May 2025 17:33
Estoniya Ottava Konvensiyasından çıxıb
04 İyun 2025 21:26
Latviya Ottava Konvensiyasından çıxır
24 Aprel 2025 11:47
Polşa Ottava Konvensiyasından çıxdı
24 İyul 2025 21:49
Baxış sayı:113
Bu xəbər 29 İyun 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















