Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur.
"Cebheinfo.az" xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması üçün həllər" adlı vebinarda deyib.
"Hazırkı mərhələdə Azərbaycan bu planı hazırlayır, Norveçin "DNV Energy Systems" şirkəti isə onun formalaşdırılması məqsədilə müvafiq tədqiqat həyata keçirir. Plan 9 əsas istiqaməti əhatə edir. Buraya o cümlədən maraqlı tərəflərlə qarşılıqlı əlaqə, normativ-hüquqi baza və kommersiya şərtləri, həmçinin bazarın tənzimlənməsi, ictimai infrastruktura tələbləri, əlavə dəyərin yaradılması və səriştələrin artırılması, hidrogen klasterlərinin formalaşdırılması və hidrogen törəmələrinin istehsalı, konkret fəaliyyətlərin aydın proqramı daxildir. Əsas məqsəd strateji niyyətdən onun praktiki həyata keçirilməsinə keçiddən ibarətdir", - o qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 Sentyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















