Icma.az
close
up
RU
Norveç şirkəti AzəriGünəşli və BTC layihələrini rəsmən tərk etdi

Norveç şirkəti AzəriGünəşli və BTC layihələrini rəsmən tərk etdi

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Norveçin “Equinor” şirkəti noyabrın 29-da “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsindəki və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatoru olan “BTC Co” boru kəməri şirkətindəki iştirak payının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” şirkətinə satışı üzrə sövdələşmələri bitirib.

Bu barədə “Equinor” şirkətinin açıqlamasında deyilir.

Şirkətdən xatırladılıb ki, iyulun 19-da SOCAR və “ONGC Videsh Limited” ilə AÇG və BTC-dəki aktivlərinə görə yenilənmiş alqı-satqı müqaviləsi imzalanıb. “Equinor”un AÇG layihəsindəki 7,27 %-lik payının 6,655 %-ni SOCAR, 0,615 %-ni isə “ONGC Videsh Limited” alıb. Norveç şirkətinin BTC-dəki 8,71 %-lik səhmlərinin 7,96 %-ni SOCAR, 0,75 %-ni isə “ONGC Videsh Limited” əldə edib.

“Alqı-satqı müqaviləsi üzrə əməliyyat noyabrın 29-da yekunlaşıb. Əməliyyatın ümumi dəyəri 720 milyon ABŞ dolları təşkil edib”, – məlumatda deyilir.

“ONGC Videsh Limited” şirkətindən isə, öz növbəsində, “Equinor”un AÇG və BTC-dəki səhmlərinin bir hissəsini almaq üçün təxminən 60 milyon ABŞ dolları investisiya ayrıldığı bildirilib.

Xatırladaq ki, 2023-cü il dekabrın 22-də “Equinor” SOCAR ilə Azərbaycandakı aktivlərinin Dövlət Neft Şirkətinə satışına dair müqavilə bağlayıb. O cümlədən “Equinor” SOCAR-a AÇG blokunun və BTC neft kəmərinin işlənməsi layihələrində iştirak paylarını və “Qarabağ” yatağının işlənməsi layihəsindəki 50 % payını satıb. “Qarabağ” layihəsində iştirak payının satışı üzrə sövdələşmə bu ilin aprelində başa çatdırılıb.

2024-cü ilin iyulunda Norveç şirkəti SOCAR və “ONGC Videsh Limited” ilə AÇG və BTC-dəki paylarının satışına dair artıq dəyişdirilmiş və yekun müqavilə imzalayıb.

“Azəri”, “Çıraq” və “Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Onun etibarlılıq müddəti 2024-cü ildə başa çatırdı, 2017-ci ilin sentyabrında müddəti 2050-ci ilə qədər olan yeni saziş imzalanıb.

Bu son əməliyyatı nəzərə alsaq, tərəflərin layihədə payları belədir: SOCAR – 31,655 %, “BP plc” – 30,37 %, MOL – 9,57 %, “Inpex Corp.” – 9,31 %, “ExxonMobil” – 6,79 %, TPAO – 5,73 %, “ITOCHU Oil” – 3,65 %, “ONGC Videsh Limited” – 2,925 %.

“BTC Co”nun səhmdarları isə bunlardır: SOCAR – 32,96 %, “BP plc” – 30,1 %, MOL – 8,9 %, TPAO – 6,53 %, “Eni” – 5 %, “TotalEnergies” – 5 %, “Itochu” – 3,4 %, “ONGC Videsh Limited” – 3,11 %, “ExxonMobil” – 2,5 %, “Inpex” – 2,5 %.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri