Icma.az
close
up
RU
Norveç və İslandiya Avropa İttifaqına daxil olmağı müzakirə edirlər

Norveç və İslandiya Avropa İttifaqına daxil olmağı müzakirə edirlər

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən yüksək ticarət rüsumlarının tətbiqi, həmçinin Qrenlandiyanın Birləşmiş Ştatlara birləşmək təhlükəsi Norveç və İslandiyanı Avropa İttifaqına daxil olmaq perspektivləri barədə ciddi düşünməyə vadar edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Le Figaro" qəzeti yazıb.

Hazırda bu iki dövlət Şengen və Avropa İqtisadi Zonasına daxildirlər, hətta vahid bazarın tənzimlənməsi qaydalarını tətbiq etmək hüququna malikdirlər. Lakin onların səs vermək hüququ yoxdur.

Mənbədən bildirilib ki, ABŞ yeni tariflər tətbiq etdikdən sonra elə bir qeyri-müəyyənlik yaranıb ki, norveçli siyasətçilər təlaşa düşüblər.

"Norveçin Avropaya, Avropanın isə Norveçə ehtiyacı var", - deyə ölkənin Baş naziri Yonas Qar Styore deyib.

Qəzet, həmçinin yazır ki, Norveç artıq iki dəfə - 1972 və 1984-cü illərdə Avropa İttifaqına üzvlükdən imtina edib. Bununla belə, norveçlilərin 43%-i bu addımı dəstəkləmir - yalnız 37%-i lehinə çıxış edir.

İslandiyaya gəlincə, təxminən 10 il əvvəl ölkə Aİ-yə daxil olmaq üçün ərizəsini geri götürüb, lakin hazırda hakimiyyətdə olan koalisiya artıq 2027-ci il üçün yeni referendum haqqında düşünür.

Ölkənin Baş naziri Kristrun Frostadouttir bəyan edib ki, hökumət ölkənin yenidən danışıqlara başlamaq istəyib-istəmədiyini görmək istəyir.

Burada rəy Norveçdən fərqlidir: yanvarda "Pr sent" şirkətinin sorğusu göstərib ki, islandiyalıların 45%-i ölkənin Aİ-yə qoşulmasını dəstəkləyir, 35%-i isə əleyhinədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Aprel 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri