Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Avropa İttifaqına üzvlük illüziyası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan iqtidarı hərəkətə keçib, amma…

Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Əlbəttə, demək olmaz ki, Avropa İttifaqında Ermənistanda keçirilməsinə hazırlaşılan referendum və onun tərkib hissəsi sayılan hakim “Vətəndaş sazişi” partiyasının “EuroVote” təşəbbüsü barədə məlumata malik deyillər. Başlıca məqam referendumun, ümumiyyətlə, vacib olub-olmamasındadır. Yazıda bununla bağlı söz açacaq, mövzuya dair ayrı-ayrı cəhətlərə diqqət yetirəcəyik.

Bəli, Ermənistanın Mərkəzi Seçki Komissiyası dekabrın 10-da Qərbyönümlü qüvvələrin qaldırdıqları və özündə ölkənin Aİ-yə qoşulması prosesinin başlanmasını ehtiva edən qanunun parlamentə təqdim olunması üçün toplanmış imzaların həqiqiliyini təsdiqləyib. Qurum bu zaman texniki və proqram təminatı vasitələrindən yararlanıb, imzaların həqiqiliyini yoxlayıb, o cümlədən, imzalanmış blanklardakı məlumatların dövlət və yerli özünüidarəetmə orqanlarının sərəncamındakı məlumatlarla müqayisəsini aparıb. Nəticədə etibarlı imzaların sayı 52351 olub ki, 50 min etibarlı imza da kifayət edirdi. 

Yeri gəlmişkən, Qərbyönümlü qüvvələrin, konkret desək, baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyasının təqdim etdiyi imza sayı 60 min idi. Yəni, onlardan 8 minə yaxını etibarsız sayılıb. Deməli, qanun layihəsi Ermənistan parlamentinin müvafiq komitəsinə təqdim edilə bilər. Əgər komitə sənədi plenar iclasa çıxarmağı məqsədəuyğun saysa, böyük ehtimalla qəbul ediləcək. Qəbul edilməsə isə layihə üçün əlavə imza sayı lazımdır ki, birbaşa referenduma çıxsın.

***

Əminliklə demək olar ki, “Vətəndaş sazişi”nin təşəbbüsü Ermənistanın özünü Avropa ailəsinə dürtmək cəhdidir. Gürcüstanda yaşanan gərginliklər və ölkənin Aİ-yə üzvlük prosesini təxirə salması fonunda Paşinyan və komandasının ortaya düşməsi adi məsələ sayıla bilməz. Nikol ölkəsini qlamur göstərməyə çalışır. Təxminən, erməniləri gürcülərdən daha üstün təqdim etməyə girişib. Amma... 

Digər tərəfdən, Ermənistanın “EuroVote” təşəbbüsü ölkənin Azərbaycanla sülhdən yayınması fonunda yaşanan prosesdir. Əlbəttə, bu yayınma Qərbin təhriki ilə gerçəkləşir. Çünki Qərb Bakı–İrəvan barış sazişini geosiyasi rəqabət kontekstində görür. Ona bu rəqabətin olmadığı sülh lazım deyil. Yəni, barış müqaviləsi Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq hədəfinə söykənməlidir. 

Ssenariyə görə, Ermənistan sülh mühitindən mütləq uduşlu tərəf kimi çıxmalıdır. Elə bir tərəf ki, regional kommunikasiyalarda açar fiqur olsun. Əlbəttə, Azərbaycan bununla razılaşmır. Ona görə Naxçıvana yolun tam maneəsiz olmasını tələb edir və bu zaman 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı əsas götürür. O bəyanatı ki, orada Ermənistanın baş naziri Nikol Paşinyanın da imzası var. 

Lakin Paşinyan üçtərəfli Bəyanatın Naxçıvana yolun maneəsizliyinə dair müddəasını danır. Buna görə Azərbaycan həmin yolun İrandan keçməsi üzərində dayanır. Qərbə xoş gəlməyən də elə budur. İrana qarşı ziddiyyətli mövqe tutan Qərb, nəyin bahasına olursa-olsun, Naxçıvana yolun, yəni Orta dəhlizin tərkib hissəsi sayılan ideyanın Ermənistan ərazisi vasitəsilə reallaşmasına fokuslanır. Hazırda belə təsəvvür var ki, əgər hadisələr Qərbin irəli sürdüyü şərtlər daxilində cərəyan etməsə, Ermənistan sülhlə razılaşmayacaq. Nəinki razılaşmayacaq, hətta Bakının alternativ variantına qarşı cəbhə açacaq, regionda qeyri-sabitlik yaradacaq. Ölkənin sürətli silahlanması da buna hesablanıb. 

Diqqətə çatdırdığımıza görə deyə bilərik ki, Paşinyan iqtidarı üçün Aİ-yə qoşulmaq son dərəcə vacibdir. Vacib olan həm də ümumən, mövzunu gündəmdə saxlamaqdır. Bu, nə üçün lazımdır, məsələnin üzərində dayanıb ehtimallarımızı irəli sürəcəyik. 

Birincisi, Aİ-yə üzvlük ritorikası, bütövlükdə, mövcud istiqamətdəki cəhdlər Paşinyan üçün Ermənistanı Cənubi Qafqazın “yeganə demokratik ölkəsi” kimi reklam etmək cəhdidir. Bu, müəyyən mənada mənəvi məsələdir. Elə bir məsələ ki, daim siyasiliklə assosiasiya təbiətini saxlayır. 

İkincisi, Aİ müstəvisi Ermənistan üçün tipik erməni xəstəliyini, qonşulara qarşı ərazi iddialarını gündəmdə saxlamaq yolundakı vasitədir. Paşinyan bu yolda dünyanın daha ciddi dəstəyini qazanmaq istəyir. 

Üçüncüsü, Ermənistan-Aİ münasibətlərinin hazırkı trayektoriyası dağıdıcılığa əsaslanır. Yuxarıda da bildirdiyimiz kimi, İrəvan Qərbin Cənubi Qafqazdakı siyasi oyunlarında əsas fiqurdur. Aİ isə ABŞ və Fransanın həmin oyunların gerçəkləşməsindəki başlıca alətidir. Hər halda, Paşinyan hansı təhlükədə olduğunun fərqindədir. O, hesab edə bilər ki, Aİ-də təmsilçilik ölkəsini risklərdən qoruyacaq. Bəri başdan deyək ki, bu, son dərəcə yanlış düşüncədir. Çünki regionunun ümumi axarını dəyişmək yönümlü cəhdlərə qarşı müqavimət, həmin cəhdləri göstərən tərəfin statusunu nəzərə almır. Yəni, Ermənistan Aİ-də təmsil olunmur, lap NATO-da yer alsın, heç bir xeyri olmayacaq. 

Dördüncüsü, düşünmürük ki, hazırkı məqamda Ermənistanı Aİ ailəsində görmək istəyənlər var. Ölkə qurumun konseptual yanaşmasına, qətiyyən, uyğun gəlmir. Aİ qətiyyətli davransa idi, zamanında Gürcüstanın özünə qoşulmasına imkan yaradardı. Axı Gürcüstan Ermənistanla müqayisədə Avropa məkanına inteqrasiya baxımından daha çox məsafə qət edib. 

***

Tbilisinin keçdiyi yol nəzərə alınmadı və ondan çox iş tələb edildi. Məsələn, anti-Rusiya ovqatını daha da gücləndirmək, ənənəvi dəyərlərdən uzaqlaşmaq və sair bu sayaq şərtlər irəli sürüldü ki, gürcü iqtidarı bunu yerinə yetirmədi. Çünki rəsmi Tbilisi 2008-ci ildə Qərbin Gürcüstanı Rusiya ilə qeyri-bərabər müharibəyə təhrik etməsini, özünün çəkilib kənarda durmasını yaxşı xatırlayır...

Əlqərəz, hazırda Ermənistanın Aİ-yə verəcəyi heç nə yoxdur. Yalnız rupor və forpost missiyasından başqa. Qərb İrəvanın həmin missiyanı nə dərəcədə həyasız formada yerinə yetirməsini izləyir. Heç şübhəsiz, bununla bağlı erməni iqtidarı qarşısında tələblər və standartlar var. Belə bir durumda Paşinyan bir qədər dərrakəli davransa, yaxşı anlayar ki, həmin tələb və standartlara əməl etmək cəhdi ölkəsi üçün, obrazlı desək, qəbir qazmaqdır. Müəyyən mənada qəbir qazılır da. Çünki Nikol ümumi kursu davam etdirməkdən çəkinmir. 

Amma Ermənistana da ciddi təminat lazımdır. Təminat üçün isə şantaj yolu tutulmalıdır. Deməli, Paşinyanın partiyasının Aİ-yə üzvlük məsələsində referendum keçirmək təşəbbüsü həm də Aİ-ni şantaj cəhdidir. Bir halda ki, Qərbdə Ermənistanı qurumda görmək çağırışları yüksək səslənmir, Nikol ümumxalq səsverməsi ilə diqqəti özünə cəlb edəcək. Onun məqsədi sığortalanmaqdır. 

Haşiyə çıxaq ki, N.Paşinyan ölkəsinin İctimai televiziyasına bir müddət əvvəlki müsahibəsində Aİ-yə qoşulmaqla əlaqədar ictimai reaksiyanın həvəsləndirici olduğunu vurğulamış, demişdi ki, Ermənistanda hakim çoxluğun liderinin, yəni özünün Avropa Parlamentinin tribunasında (Ermənistanın indiki qədər Aİ-yə yaxınlaşmağa hazır olmamasına dair) bəyanat verməsindən sonra Avropa və Ermənistan ictimaiyyəti nəyə görə Aİ-yə üzvlük prosesinə başlamaqdan imtina edildiyini və ya “EuroVote” layihəsinin əleyhinə səs verildiyini soruşa bilər. “Soruşa bilərlər: “Siz gəlib Avropa Parlamentində bunu dediniz. Camaatınız müsbət cavab verdi, indi buna qarşısınız? Bunun heç bir siyasi məntiqi yoxdur”, – deyən Paşinyan haqqında söz açdığımız qanun layihəsinin qəbulundan sonra avropalı dostları ilə ünsiyyətdə, təxminən, belə dillənəcək: erməni xalqı Aİ-yə qoşulmaq üçün iradəsini ortaya qoydu. Bu işi niyə gerçəkləşdirmirsiniz?

Nikolun Aİ-ni şantaj məntiqində ikinci vacib nüans da var. Nəzərə alsaq ki, qurumda Ermənistanı, tez bir zamanda, Aİ-də görmək istəmirlər, o zaman Paşinyan iqtidarı gələcəkdə manevr imkanı qazanır. Məsələn, Nikol və tərəfdarları deyə bilərlər ki, Aİ Ermənistanı öz tərkibində görmək istəmirsə, o zaman İrəvan gələcək kursunu özü müəyyənləşdirəcək. Axı hami axtarmaq erməni təfəkkür tərzinin, belə demək mümkünsə, ən parlaq göstəricisidir. 

***

Bəli, tam mümkündür ki, Nikol Aİ-yə qoşulmaq müstəvisində “EuroVote” təşəbbüsünü və referendum məsələsini irəli sürürsə, gələcəkdə Ermənistanın təşkilata daxil edilməməsi ona manevr imkanları verəcək. O, çox asanlıqla belə deyə bilər: biz istəyirdik, qəbul etmədiniz, məcbur olub öz yolumuzu tutduq. Öz yolunu tutmağın Gürcüstan variantı isə hazırdır. 

Bəs Ermənistanın Aİ-nin tamhüquqlu üzvü olması məsələsi nə dərəcədə realdır? Əlbəttə, vaxtilə Gürcüstanın Avropaya inteqrasiya kursunu bir kənara qoyub, nəzərə alsaq ki, hazırda Ukrayna Qərbə, belə demək mümkünsə, sədaqətini Rusiya ilə qanlı müharibə aparmaqla göstərir, ancaq ölkənin Aİ-yə və NATO-ya üzvlüyü xüsusunda qətiyyət yoxdur, o zaman tam əminliklə Ermənistanın heç bir şansının olmadığını vurğulaya bilərik. 

Amma Qərbin Ukrayna cəbhəsindəki məğlubiyyətini və Suriyadakı “Pirr qələbəsi”ni (məğlubiyyətə bərabər qələbə) hesabdan silməyək. Deməli, Cənubi Qafqazın vacibliyi arta bilər. Üstəlik, Qərbin Gürcüstandakı məğlubiyyəti də əsas götürülməlidir. Deməli, Ermənistanın “demokratiya qalası” kimi ayaqda saxlanılması şərtdir. Bu mənada ölkənin Aİ-də təmsilçiliyi üçün şəraitin yetişməsi mümkündür. Əlbəttə, həmin vaxtadək Ermənistan müstəqil dövlət kimi ayaqda qala bilsə. Çünki hazırda Qərbin İrəvan üçün müəyyənləşdirdiyi fəaliyyət gündəmi ölkənin ərazi bütövlüyünü və suverenliyini riskə atır. Risk bu gündür, Aİ-yə üzvlük isə gələcəyin işidir. Özü də qeyri-müəyyən gələcəyin. 

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see379

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see294

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see285

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see271

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see248

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see234

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see224

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see223

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see217

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see217

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see212

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see212

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see212

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see205

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see204

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see203

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see191

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see187

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see185

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri