Norveçdə vəliəhd şahzadənin oğlunun 8 ilə yaxın həbsi tələb olunur
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Norveçdə prokuror Sturla Henriksbe vəliəhd şahzadə Mette-Maritin oğlu Marius Borq Heybinin yeddi il yeddi ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Heybi 38 cinayətdə ittiham olunur. Bunlar arasında təcavüz, məişət zorakılığı, ağır narkotik cinayətləri, öldürməklə hədələmə, qətimkan tədbirini pozma və digər cinayətlər var. O, bəzi ittihamları boynuna alsa da, ən ciddi ittihamları rədd edir.
Heybi 2 fevralda - məhkəmə başlamazdan bir gün əvvəl Osloda həbs edilib.
Məhkəmənin əvvəlcə 19 martda başa çatması planlaşdırılırdı, lakin hakimin xəstəliyi məhkəməni təxirə salıb.
Qeyd edək ki, 29 yaşlı Heybi şahzadə Mette-Maritin ögey oğludur. Onun heç bir kral titulu və ya rəsmi vəzifəsi yoxdur.
Bu mövzuda digər xəbərlər:Norveçdə vəliəhd şahzadənin oğlunun məhkəməsi başlayır
02 Fevral 2026 11:35
Norveçdə vəliəhd şahzadənin oğluna 4 il iş verildi
15 İyun 2026 15:31
Vəliəhd şahzadənin yeni malikanəsində qəribə qadağa
17 Yanvar 2026 14:11
Kral ailəsini sarsıdan qalmaqal Vəliəhd şahzadənin oğlu zorlamada ittiham olunur
19 Noyabr 2024 18:51
Baxış sayı:106
Bu xəbər 19 Mart 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















