Icma.az
close
up
RU
Kral ailəsini sarsıdan qalmaqal Vəliəhd şahzadənin oğlu zorlamada ittiham olunur

Kral ailəsini sarsıdan qalmaqal Vəliəhd şahzadənin oğlu zorlamada ittiham olunur

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Norveç polisi bu səhər verdiyi açıqlamada, vəliəhd şahzadə Mette-Maritin 27 yaşlı oğlu Marius Borq Hoybinin təcavüz şübhəsi ilə həbs edildiyini bildirib.

Qaynarinfo xəbər verir ki, polisin açıqlamasına görə, Hoybi bazar ertəsi axşamı saxlanılıb. Onun, "şüuru yerində olmayan və ya başqa səbəblərlə müqavimət göstərə bilməyən bir şəxslə cinsi əlaqədə olmaq” ittihamı ilə əlaqəli qanunu pozduğu şübhə edilir.

Polis təcavüz ittihamına dair açıqlamasında bildirib:

"Bu, cinsi əlaqə olmadan həyata keçirilmiş bir cinsi hərəkətlə əlaqədardır. Zərərçəkənin hərəkətə qarşı müqavimət göstərə bilmədiyi qeyd olunur".

Polis əlavə edib ki, Hoybi avqustun 4-də Osloda bir qadının evində baş verən mübahisədən sonra saxlanılıb. Ona həmin qadına fiziki zərər yetirmək ittihamı da irəli sürülüb.

Norveç mediasında yayılan məlumatlara əsasən, hadisə yerində qadının yataq otağının divarlarından birinə saplanmış bıçaq tapılıb. Hoybi sentyabr ayında isə həmin qadına qarşı məhkəmənin çıxardığı uzaqlaşdırma qərarını pozduğu üçün yenidən həbs olunub.

Marius Borq Hoybi dünən həbs edildikdə avqust hadisəsində zərərçəkən olduğu iddia edilən şəxslə birlikdə avtomobildə olub. Polis açıqlamasında həmin hadisə ilə bağlı indi artıq ailə daxili zorakılıq şübhələrinin də nəzərə alındığını vurğulayıb.

Polis Hoybinin nəzarətdə saxlanıb-saxlanılmayacağı barədə qərarın hələ verilmədiyini deyib.

Marius Borq Hoybi Mette-Maritin 2001-ci ildə Norveç vəliəhd şahzadəsi Haakon ilə evlənməsindən əvvəlki münasibətindən - 1997-ci ildə dünyaya gəlib. O, ögey bacı-qardaşları - 20 yaşlı şahzadə İnqrid Aleksandra və 18 yaşlı şahzadə Sverre Maqnusla birlikdə böyüdülüb. Lakin Hoybinin ögey atası Haakonla qan bağı olmadığı üçün heç vaxt rəsmi krallıq vəzifəsi icra etməyib.

Mette-Marit 2001-ci ildə Haakon ilə evləndikdən sonra Norveç vəliəhd şahzadəsi adını alıb. Cütlüyün İnqrid Aleksandra və Sverre Maqnus adında iki övladı var. Bu uşaqlar müvafiq olaraq Norveçin taxt sıralamasında ikinci və üçüncü yerlərdədir.

Mette-Maritin böyük oğlu olan Hoybi, Morten Borq adlı keçmiş məhkum ilə olan qısa münasibətindən dünyaya gəlib. Şahzadənin əvvəllər cəmiyyət tərəfindən müzakirə edilən şəxsi həyatı, eləcə də məşhur seks cinayətkarı Ceffri Epşteyn ilə əlaqələri də tez-tez tənqid mövzusu olub.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri