Icma.az
close
up
RU
Norveçdə yerin altından qədim gəmi tapıldı

Norveçdə yerin altından qədim gəmi tapıldı

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Norveçdə arxeoloqlar torpaq altında qədim gəmi qalıqları aşkar ediblər.
Bizim.Media xəbər verir ki, tapıntı ölkənin Leka adasında yerləşən nəhəng Herlauqshaugen kurqanında üzə çıxarılıb.
Arxeoloqlar burada uzunluğu təxminən 20 metr olan gəminin qalıqlarını tapıblar. Məlum olub ki, gəmi vikinqlər dövründən də qədimdir.
 

Tədqiqatçılar 29 dəmir pərçimi və yanmış ağac parçalarını analiz ediblər. Nəticədə Skandinaviyada insanların gəmilərdə dəfn edilməsi ənənəsinin əvvəl düşünüldüyündən daha qədim olduğu müəyyənləşib.


Yeni radiokarbon analizi dəfnin eramızın 700-cü ilinə aid olduğunu göstərib. Bu isə kurqana adını verən əfsanəvi konunq Herlauqun hakimiyyəti dövründən təxminən 80 il əvvələ təsadüf edir.
Beləliklə, bu qədim gəmi-qəbir norveçlilərin artıq VII əsrdə inkişaf etmiş dəniz texnologiyalarına malik olduğunu və Şimal dənizində üzə bilən güclü gəmilər inşa etdiyini göstərən ilk sənədli sübutlardan biri hesab olunur.
Tapıntı Britaniyadakı məşhur Sutton-Hu anqlo-sakson kurqanı ilə eyni ənənəyə aid edilir. Həmin kurqan 600-625-ci illərə aid olunur və orada da gəmi qalıqları aşkar edilmişdi.
 

Norveç alimləri indiyədək bu qədər qədim gəmi dəfn nümunəsinə malik deyildilər. Herlauqshaugen tapıntısı isə İngiltərədəki erkən gəmi dəfnləri ilə Skandinaviyadakı VIII-IX əsrlərə aid daha sonrakı kurqanlar arasında xronoloji əlaqə yaradır.


Bundan başqa, araşdırma kral Herlauqun özünü bu kurqanda diri-diri basdırması barədə əfsanəni də təkzib edib. Çünki gəmi onun ölümündən təxminən 80 il əvvəl torpağa basdırılıb.
Alimlərin fikrincə, Leka adası Skandinaviyanın şimalı ilə cənubu arasında mühüm ticarət keçid məntəqəsi olub.
Diametri təxminən 60 metr, hündürlüyü isə 12 metrdən çox olan belə böyük kurqanın yaradılması və onun içində gəminin basdırılması böyük əmək tələb edib.
Qeyd edək ki, daha əvvəl Niderlandda kanalizasiya sisteminin dəyişdirilməsi zamanı qədim gəmi fraqmenti tapılmışdı. Ehtimala görə, həmin parça Karolinqlər sülaləsi dövründə vikinqlərə aid gəmidən qopub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Aprel 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri