Icma.az
close
up
RU
Norveçlilər batan gəmidəki rusiyalı dənizçiləri xilasdan imtina ediblər

Norveçlilər batan gəmidəki rusiyalı dənizçiləri xilasdan imtina ediblər

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Norveç bayrağı altında üzən "Oslo Carrier 3" gəmisi Aralıq dənizində batan "Ursa Major" gəmisindəki rusiyalı dənizçilərini xilas etməkdən boyun qaçırıblar.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə gəminin sahibi olan "Oboronlogistika" şirkəti xəbər yayıb.

"Rusiyalı dənizçilərin olduğu qayıq yaxınlıqdakı "Oslo Carrier 3"ə doğru hərəkət edib. Kritik vəziyyətə baxmayaraq, norveçlilər hansısa qadağaya istinad edərək kömək göstərməkdən imtina ediblər", - deyə Mətbuat Xidmətinin məlumatında deyilir.

Şirkət bildirib ki, bununla norveçlilər 1989-cu il Beynəlxalq Xilasetmə Konvensiyasını pozublar. Konvensiyada kapitanın "öz gəmisini və gəmidəki şəxsləri ciddi təhlükəyə məruz qoymadan, dənizdə həyatı təhlükə altında olan hər hansı şəxsə kömək göstərmək" öhdəliyi qeyd olunur.

Nəticədə "Ursa Major"un heyəti ispan dənizçiləri tərəfindən xilas edilib. Rusiyalılar olan qayığa "Salvamar Drago" gəmisi yaxınlaşıb və onları göyərtəyə götürüb.

Xatırladaq ki, dekabrın 23-də Rusiyanın "Ursa Major" ticarət gəmisi İspaniyanın Mursiya şəhəri və Əlcəzairin Oran şəhəri arasında Aralıq dənizinin beynəlxalq sularında batıb. Rusiya bayrağı altında olan gəmi dekabrın 11-də Sankt-Peterburqdan çıxıb və yanvarın 22-də Vladivostoka çatmalı idi. Qəza mühərrik şöbəsində baş verən partlayış nəticəsində baş verib. Hadisə nəticəsində heyətin iki üzvü itkin düşüb, digər 14 dənizçi xilas edilərək İspaniyanın Kartaxena limanına təxliyə edilib. Heyətin bütün üzvləri Rusiya vətəndaşları olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri