Yəmən hərbçiləri batan gəmidən hindistanlı dənizçiləri xilas ediblər
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Yəmən sahil mühafizəsi və Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə hücuma məruz qalaraq batan Hindistan yük gəmisinin 14 ekipaj üzvünü xilas edib.
Moderator.az xəbər verir ki, bu barədə "Al Mashhad Al Yemeni" nəşri məlumat yayıb.
Bildirilib ki, "Faizi Noori Auliya" gəmisi Hudeyda liman şəhərindən təxminən 13 dəniz mili cənubda minalanmış katerin iştirakı ilə həyata keçirilən hücuma məruz qalıb və nəticədə batıb.
Yəmən qüvvələrinin əməliyyatı nəticəsində gəmidə olan bütün dənizçilər - 13 Hindistan vətəndaşı və bir Yəmən vətəndaşı xilas edilib.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Xilas edilən ekipaj üzvləri təhlükəsiz əraziyə aparılıb və onlara tibbi yardım göstərilib.
Bu mövzuda digər xəbərlər:Yəmən hərbçiləri mühüm rayonu husilərdən geri alıb
06 Sentyabr 2026 14:53
Yəmən ikiyə parçalanır?
03 Yanvar 2026 09:30
Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum ediblər UKMTO
05 İyul 2026 14:12
Norveçlilər batan gəmidəki rusiyalı dənizçiləri xilasdan imtina ediblər
27 Dekabr 2024 13:03
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
04 Avqust 2026 20:31
Baxış sayı:107
Bu xəbər 04 Avqust 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















