Növbəsini gözləmədən yolayrıcına girən “Changan” “Opel”lə toqquşdu ANBAAN VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Nizami rayonunda baş vermiş yol qəzası anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 19-da saat 18:46 radələrində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, yolayrıcına daxil olan “Opel” markalı avtomobil sağ tərəfdən gələn “Changan” markalı maşına çırpılır. Belə ki, ikinci dərəcəli yolda olan “Changan”nın sürücüsü növbəsini gözləmədən hərəkət edir. Nəticədə baş yoldan gələn “Opel”lə toqquşur.
Qeyd edək ki, hadisə zamanı avtomobillərə maddi ziyan dəyib, “Changan”ın sürücüsü qolundan xəsarət alıb.
Xatırladaq ki, nizamlanan yolayrıcı işıqforla tənzimlənsə də, nizamlanmayan yolayrıcında hərəkət üstünlüyü baş yoldakı nəqliyyat vasitələrində olur. Lakin bəzi sürücülər baş yolda olan maşınları gözləmədən yolayrıcına daxil olurlar və videodakı sürücü kimi qəzaya səbəb olurlar. Bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 bal və 100 manat cərimələnə bilərlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















