Icma.az
close
up
RU
Növbəti diplomatik uğur: “Nüfuzlu və etibarlı tərəfdaş kimi...”

Növbəti diplomatik uğur: “Nüfuzlu və etibarlı tərəfdaş kimi...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu və etibarlı tərəfdaş kimi öz mövqeyini gücləndirməkdədir". 

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasi strategiyası nəticəsində ölkəmiz həm regional, həm də qlobal proseslərin fəal iştirakçısına çevrilib:

"Azərbaycan bu gün dünya miqyasında söz sahibi olan, özünün milli maraqlarını açıq şəkildə müdafiə edən və qətiyyətlə qoruyan bir ölkədir. Ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artmasında həyata keçirilən müstəqil xarici siyasət kursu, balanslı diplomatik yanaşma və milli maraqlara əsaslanan siyasət həlledici rol oynayır. 

Bu mənada, cənab Prezident İlham Əliyevin uğurlu diplomatik təşəbbüsləri və sıx qrafiki xüsusi olaraq diqqət çəkir. Bir neçə gün ərzində Prezidentin Kopenhagendə Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı, ardınca Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qəbələdə 12-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edilməsi və Düşənbə səfəri ölkəmizin yüksələn nüfuzunun təsdiqidir".

Millət vəkili vurğulayıb ki, İlham Əliyevin MDB Dövlət Başçılarının Düşənbədə keçirilən məhdud tərkibli iclasında etdiyi çıxış Azərbaycanın diplomatik mövqeyinin möhkəmlənməsinin, eləcə də sülh və əməkdaşlığa xidmət edən balanslı siyasətinin təzahürüdür:

"Bakı və Düşənbə arasındakı münasibətlərdən bəhs edən ölkə başçısı ikitərəfli əlaqələrin dinamik inkişaf etməsindən məmnunluğunu bildirdi. Prezident qeyd etdi ki, Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Bu münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir".

Günay Ağamalı xatırladıb ki, Azərbaycan 28 sentyabr və 8 oktyabr tarixlərində 3-cü MDB oyunlarına uğurla ev sahibliyi etdi:

"İdman tədbirləri olduqca yüksək səviyyədə keçirildi və bir daha ölkəmizin regionda konstruktiv rolu təsdiqləndi. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları, Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançının  qəbul edilməsi ilə yadda qaldı. 

Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir. Beləliklə, cənab Prezident İlham Əliyevin Düşənbə səfəri növbəti uğurlu diplomatik təşəbbüslərdən biridir".

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri