Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib FOTO YENİLƏNİB
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə çatıb.
APA xəbər verir ki, bu gün Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə 28 ailə (135 nəfər) köçürülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə ailələrə mənzillərin açarları təqdim edilib.
***
11.49
Bu gün Şuşa və Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
APA xəbər verir ki, Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə 28 ailə (135 nəfər) köçürülür.
Şuşa şəhərinə köçürülən 2 ailə (8 nəfər), Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalı rayonunun Ballıca kəndinə - 20 ailə (102 nəfər) əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşan şəxslərdir.
Qeyd edək ki, indiyədək Şuşa şəhərinə 371 ailə (1396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















