Növbəti koronavirus pandemiyasına yol aça biləcək virus aşkarlanıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Amerikalı alimlər insan üçün potensial təhlükə yaradan yeni koronavirus aşkarlayıblar.
APA-nın xəbərin görə, bu barədə təhqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib.
HKU5-CoV-2 adlandırılan bu virus yalnız bir mutasiya ilə insan hüceyrələrinə daxil ola və növbəti pandemiyaya səbəb ola bilər.
MERS virusunun “qohumu”
HKU5-CoV-2 virusu MERS-CoV virusuyla eyni ailəyə aiddir. Qeyd edək ki, MERS virusu insanlara əsasən dəvələrdən keçir və yoluxanların üçdə biri həyatını itirir. Bu viruslar əsasən ağır tənəffüs problemlərinə səbəb olur və yüksək ölüm riski daşıyır.
Virusun mənşəyi – yenə də yarasalar
HKU5-CoV-2 virusu ilk dəfə Çində laborotoriyada aşkarlanıb. Virusa hazırda yalnız yarasalar yoluxur. Lakin bir mutasiyadan sonra bu virus insan hüceyrələrinə də daxil ola bilər. Əgər virusun zülal strukturunda cüzi dəyişiklik olsa, insan orqanizmindəki ACE2 reseptorları ilə bağlana bilər. Bu reseptorlar insanın burnu, boğazı və ağız boşluğunda yerləşir və COVID-19 virusu da bu reseptorlar vasitəsilə insan orqanizminə daxil olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















