Icma.az
close
up
RU
“Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq”

“Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq”

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandası Haiti yığması ilə yoldaşlıq oyunu keçirib.

İdmanxeber.az xəbər verir ki, matç millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Fernandu Santuş görüşlə bağlı fikirlərini bildirib:

– Bu heyəti yuxunuzda görsəydiz, heyəti dəyişərdiz?

– Əlbəttə, dəyişərdim. Əslində, kollektiv məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi. Oyundan sonra çox şey demək olar. Birinci hissədə daha yaxşı idik. Qol epizodlarımız oldu, vura bilmədik. Fasilədən sonra isə hücum xətti üçün yeni oyunçular buraxdıq. Cinah ötürmələrindən yararlanmaq niyyətindəydik. Yarımmüdafiədəki dəyişiklik də, intensivliyi artırmaq üçün idi. Amma buraxdığımız ikinci qoldan sonra komanda ruhdan düşdü. Futbolçular nələrsə etməyə çalışdılar, amma alınmadı.

– Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq görüşündə meydandan qovuldu. Necə şərh edərdiz?

– Elvinin özü ilə söhbət etdim. Hətta bunun yolverilməz olduğunu ona bildirdim. Amma bir şeyə görə oyunçunu öldürə də bilmərik.

– Deyirdiz ki, gələcəyin komandasını qurursunuz. Lakin heyətdə üç rus, 1 türk futbolçu var. Həmin oyunçuların da üçünün yaşı 30-dan yuxarıdır. Gələcəyin komandasını onlarla qurursuz?

– Ozancan Kökçünün 27, Şahruddin Məhəmmədəliyevin 29 yaşı var. Təbii ki, inkişaf istəyiriksə, təcrübəli oyunçulardan da istifadə etməliyik. Millidə gənclər də yer alıb. Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev çox təcrübəli və güclü futbolçulardır. Gənclər milliyə gələndə onlardan dəstək görməlidirlər. Dünya praktikasında da milliləşdirilmiş oyunçular var. Pepe 40 yaşına kimi Portuqaliya yığmasında oynayıb, amma braziliyalıdır. Bir oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur.

– Qarşıda Belarusla görüş var. Həmin matçda heyətdə dəyişikliklər edəcəksiz? Məsələn, “Qəbələ”dən dəvət etdiyiniz Şahin Şahniyarovu meydanda görəcəyik?

– Təbii ki, Belarusla görüşdə dəyişikliklər olacaq. Görüş istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. Onun istedadlı futbolçu olduğunu düşünürəm. Əlbəttə, strateji dəyişikliklərin məsuliyyəti məndədir. Haitiyə qarşı 4-4-1-1 oynamaq istəyirdik, lakin alınmadı.

– Haitinin üçüncü qolundan sonra yerli fanatlar onları alqışlayırdı…

– Futbolda belə hallar da olur. Fanatlar da millimizdən qalibiyyət gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, rəqib azarkeşlər bizi alqışlayar.

– Artıq bir ildir ki, Azərbaycan millisində işləyirsiz. Milli komandada nəyi dəyişə bilmisiz? 

– İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişikliklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Növbəti oyunlardan bunu edəcəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq. (sportal.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 23 Mart 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri