Cinayət Məcəlləsinə növbəti dəyişiklik olunub
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Cinayət Məcəlləsindəki dəyişiklik III oxunuşda təsdiq edilib.
Reyting.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra pilotsuz uçuş aparatı və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Miqrasiya Məcəlləsinə dəyişiklik olunub
13 Dekabr 2024 13:06
Mənzil Məcəlləsinə dəyişiklik
03 Fevral 2025 16:20
Bu maddə Gürcüstanın Cinayət Məcəlləsinə bərpa olunacaq
17 Fevral 2025 22:36
Milli Məclisə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi tövsiyə olundu Yeni Çağ Media
18 Noyabr 2024 19:24
Vergi Məcəlləsinə dəyişiklik oldu
27 Dekabr 2024 14:50

