Icma.az
close
up
RU
Növbəti müharibə Balkanlarda başlaya bilər: Türkiyə və Yunanıstan eyni gəmidədir

Növbəti müharibə Balkanlarda başlaya bilər: Türkiyə və Yunanıstan eyni gəmidədir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa İttifaqının (Aİ) qeyri-rəsmi zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Yunanıstanın Baş naziri Kiryakos Miçotakis deyib ki, Afina ilə Ankara arasında sabitlik qorunmalıdır. 

O bildirib ki, bu, hər iki ölkə xalqının faydasınadır: “Hədəfimiz iki ölkə arasında münasibətlərin normallaşmasına nail olmaqdır”.

Baş nazir iki ölkənin xarici işlər nazirlərinin Afinada baş tutan görüşünün müsbət atmosferdə keçdiyini, ancaq əsas məsələlərdə hələ də uzlaşmanın əldə olunmadığını diqqətə çatdırıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl Afinaya getmişdi. O, həmkarı Yorgo Gerapetritis ilə görüşündə ikitərəfli və regional məsələlər barədə danışıblar. Nazirlər, həmçinin Şərqi Avropa, Yaxın Şərq və Qafqazdakı durum barədə də fikir mübadiləsi aparıblar.

Son dövrlər tərəflər arasında “soyuq küləklərin” qismən azaldığı hiss edilir. Görünür, hər iki tərəf münasibətlərin normallaşmasında və Balkanlarda sabitliyin qorunmasında maraqlıdır. 

Xatırladaq ki, bir neçə ay əvvəl, daha dəqiq desək, bu ilin iyul ayında tərəflər arasında münasibətlər yenidən gərginləşmişdi. Belə ki, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın “bir gecə qəfil F-35 qırıcı təyyarələri ilə Ankaraya gedə bilərik” bəyanatından sonra tərəflər arasında yeni “soyuq küləklər” əsməyə başladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Gülər yunan nazirə adekvat cavab vermişdilər. 

Ancaq tərəflər arasında gərginlik çox çəkmədi. Ankara və Afina üçüncü tərəflərin gərginlik yaradaraq regiona daxil olma cəhdlərinin qarşısını aldı. 

Ümumiyyətlə, iki ölkə arasında tarixi problemlərin əsas səbəbi ərazi məsələləri - adaların taleyidir. Belə ki, Egey dənizinin cənub-şərqində "12 ada" kimi tanınan, əslində sayı 12-dən çox olan bu adalar XX əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olub.

1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsinə əsasən, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö sazişi” ilə geri ala bildi.

Egey adalarında Türkiyə ilə Yunanıstan arasında ada qalmaqalı bu gün də davam edir. Gərginliyin digər səbəbi Yunanıstanın Şərqi Egey adalarında hərbi texnika yerləşdirməsidir ki, bu da Türkiyənin sərt reaksiyasına gətirib çıxarıb. Bundan başqa, rəsmi Afina Şimali Kiprin müstəqilliyini tanımaq istəmir. Türkiyə isə əksinə, Şimali Kipri müstəqil oyunçu kimi qəbul edir.

Bununla belə, 2023-cü ildən etibarən tərəflər arasında normallaşma prosesi başlayıb. Belə ki, ötən ilin ilk yarısında keçirilən seçkilərdə yenidən qalib gələn Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kriakos Miçotakis iki ölkə arasındakı münasibətləri indiki səviyyədən daha da irəli aparmağa qərarlı görünürlər.

Təsadüfi deyil ki, Türkiyə Prezidenti ötən il dekabrın 7-də ilk dəfə olaraq Yunanıstana rəsmi səfər etdi. O, R.T.Ərdoğanla görüşdü, eyni zamanda səfər çərçivəsində Afina ilə Ankara arasında bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalandı.

Vurğuladığımız kimi, son zamanlara qədər tərəflər arasında münasibətlər müsbət dinamika ilə inkişaf edirdi. Həm Ankara, həm də Afina münasibətlərin normallaşmasında maraqlı görünür.

İstisna deyil ki, bu, bəzi qüvvələri narahat edir. Fərqli regionlarda gərginlik yaratmaqla özlərinin imperialist maraqlarını təmin etmək istəyən Qərb dairələrinin "oxu, deyəsən, bu dəfə daşa dəydi". Belə ki, həm Türkiyə, həm də Yunanıstan başa düşür ki, mümkün müharibə Şərqi Avropadakı, Yaxın Şərqdəki savaşlardan daha ağır nəticələrlə yadda qalacaq. Çünki hər iki dövlət NATO üzvüdür. Bu isə o deməkdir ki, mümkün müharibə nəticəsində Alyansın parçalanması, dünyadakı təhlükəsizlik arxitekturasının dəyişilməsi qaçılmaz ola bilər. Nə Afina, nə də Ankara bunu, imperialistlərin qurbanına çevrilməyi istəyir. Odur ki, iki qonşu növbəti böyük savaşın qarşısını almağa çalışır.

Kənan Novruzov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri