Türkiyə ilə Yunanıstan arasında növbəti Siyasi Dialoq Toplantısı keçirilib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
İstanbul, 4 dekabr, Günel Karatepe, AZƏRTAC
Afinada Türkiyə İlə Yunanıstan arasında növbəti Siyasi Dialoq Toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə və Yunanıstan xarici işlər nazirlərinin müavinləri Mehmet Kemal Bozay və Alexandra Papadopulunun rəhbərliyi etdikləri heyətlər arasında görüşdən sonra birgə açıqlama verilib.
Açıqlamaya əsasən, görüşdə ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələn il Türkiyədə keçiriləcək VI Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Toplantısına hazırlıq prosesi və tədbirdən gözləntilər dəyərləndirilib.
Görüşdə həmçinin, Türkiyə-Avropa İttifaqı əlaqələri və son regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatda toplantının müsbət ab-havada keçdiyi, tərəflərin qarşılıqlı və beynəlxalq əməkdaşlıq sahələrini daha da inkişaf etdirmək istiqamətində ortaq öhdəliklərini bir daha vurğuladıqları bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 04 Dekabr 2024 02:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















