Növbəti supernazirlik yaradılır: sürpriz isim olacaq?
Icma.az, Axar.az saytına istinadən bildirir.
Bir neçə müddətdir Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Vergi Xidmətinin birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu qurumların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə qatılacağı, nazir Sahil Babayevin isə yeni yaradılan supernazirliyə rəhbər gətiriləcəyi iddia edilir. Başqa bir iddiaya görə isə yeni yaradılacaq nazirliyə sürpriz şəxs gətirilə bilər.
Axar.az xəbər verir ki, Globalinfo.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı bir qədər gözləməyə üstünlük verdiyini qeyd edib.
O, daha öncə də adıçəkilən qurumların birləşdirilməsini təklif etdiklərini xatırladıb:
“Əslində, illərdir təklif edirik ki, Dövlət Vergi Xidməti, DGK birləşdirilməli və bir mərkəzdən idarə olunmalıdır. Çünki ikisi də ölkənin büdcəsinə daxil olan vəsaitlərin əsas mənbəyidir. Ona görə də birləşdirilməsi yaxşı olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Yanvar 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















