Novruz Aslanov Fələstin səfiri ilə görüşdü FOTO
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci il avqust 20-də Fələstin dövlətinin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkil Novruz Aslanov ilə Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani arasında görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, görüşdə iki dövlət arasında qarşılıqlı əməkdaşlıq, gələcək qarşılıqlı fəaliyyət perspektivləri və bu məsələdə milli cəmiyyətlərin rolu mövzusuna toxunulub.
Səfir Əhməd Metani öz növbəsində Azərbaycan dövlətinin Fələstin xalqına və dövlətinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Daha sonra, söhbət zamanı əməkdaşlığa dair geniş spektrda fikir mübadiləsi aparılıb, Fələstində onkoloji xəstələr üçün fəaliyyət göstərəcək xüsusi tipli müalicə mərkəzinin yaradılması layihəsinin həyata keçirilməsinə müvafiq köməklik edilməsi barədə müraciət olunub.
Sonda, Səfir Əhməd Metaniyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illik yubileyinə həsr olunmuş müvafiq hədiyyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















