Icma.az
close
up
RU
Rafiq Aslanov Macarıstan səfiri ilə görüşdü FOTOLAR

Rafiq Aslanov Macarıstan səfiri ilə görüşdü FOTOLAR

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 28-də Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin rəisi Rafiq Aslanov Macarıstanın Azərbaycandakı səfiri Tamas Tarmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə xidmətin rəis müavini Tural Abbasov, səfirin attaşesi Daniel Brenner, Geogold Karpatia şirkətinin rəhbərliyi və digər nümayəndələr iştirak ediblər.

Görüş zamanı əsas müzakirə mövzular sırasında yeraltı suların xəritələşdirilməsi,  bu çərçivədə yeraltı sularla bağlı faktiki materialların toplanması, onların yatma dərinliyi və minerallaşma səviyyəsinə dair xəritələrin hazırlanması məsələləri diqqət mərkəzində olub. Həmçinin tədbir iştirakçılarına yerüstü və yeraltı suların idarə olunması ilə bağlı ətraflı məlumat təqdim edilib.

Xidmət rəisi Rafiq Aslanov beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, müasir çağırışlara cavab vermək üçün bu sahədə geniş və səmərəli əməkdaşlıq zəruridir. O qeyd edib ki, xidmət bu istiqamətdə bir sıra strateji prioritetlər müəyyənləşdirib. Xüsusilə, yeraltı su ehtiyatlarının yenidən və daha dəqiq qiymətləndirilməsi, müşahidə və monitorinq sistemlərinin avtomatlaşdırılması, eləcə də müasir tələblərə cavab verən hidrogeoloji xəritələrin hazırlanması əsas hədəflər kimi qarşıya qoyulub. Xidmət rəisi vurğulayıb ki, bu tədbirlər yalnız xidmətin fəaliyyətinin səmərəliliyini artırmaqla kifayətlənməyəcək, eyni zamanda ölkənin su təhlükəsizliyi və ekoloji balansının qorunmasına da mühüm töhfə verəcək.

Səfir Tamas Tarma səmimi qəbula görə təşəkkürünü bildirib və qeyd edib ki, Macarıstan suların idarə olunması sahəsində dünyada qabaqcıl ölkələrdən biridir. O, həmçinin vurğulayıb ki, Macarıstanın "Geogold Karpatia" şirkəti Bosniya və Herseqovina, Özbəkistan, Rumıniya və Tanzaniya kimi ölkələrdə mühüm layihələr həyata keçirib. Bunlara Tanzaniyanın şimalında və Rumıniyanın kəndlərində içməli su axtarışları, eləcə də Bosniya və Herseqovinada su qıtlığı olan ərazilərdə su tədqiqatları daxildir.

Şirkət nümayəndəsinin təqdimatında isə yeraltı və yerüstü su ehtiyatlarının qiymətləndirilməsi və idarə olunması, MAR texnologiyasının tətbiqi ilə yeraltı su ehtiyatlarının artırılması, quraqlığın monitorinqi sisteminin qurulması, təlim və bacarıqların artırılması istiqamətində təkliflər səsləndirilib.

Qeyd edək ki, Geogold Karpatia şirkəti 2002-ci ildən fəaliyyət göstərir və 2005-ci ildən struktur dəyişikliyi ilə hidrologiya, geologiya və geofizika sahələrində ixtisaslaşıb. Şirkət Macarıstanın Xarici Ticarət və Əlaqələr qurumu ilə sıx əməkdaşlıq edərək beynəlxalq layihələr həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Aprel 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri