Icma.az
close
up
RU
Novruz Azərbaycanın daha güclü sabahlarının bayramıdır

Novruz Azərbaycanın daha güclü sabahlarının bayramıdır

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 
Azərbaycan bir millət kimi formalaşdığı dövrdən min illər keçir. Bu min illərdə xalq bənzərsiz milli mentalitet yaradıb. Dünyanın heyrətinə dönən adətlər yaradıb, ənənələr yaradıb. Bunlar dünaynın maraqla qarşıladığı, ehtiram göstərdiyi milli dəyərlərdəndir. Belə dəyərlərdən biri də Novruz bayramıdır. Şərqdə, Türk dünyasında sevgilərlə qarşılanan bu bayram Azərbaycanda daha böyük coşquyla, daha böyük ruhla qarşılanır. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.
28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Bu bayram həm də bəşəri düşüncələrin gerçəkləşdirdiyi ənənələrin bayramıdır. 2007-ci ildə Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası başladı. Bu təşəbbüs respublikada yaşıllaşdırma kampaniyasının başlanğıcı oldu. 2020-ci ildə yenə Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə bir gündə 650 min ağac əkildi...
Novruz bayramı milli dəyərlərimizin yaşıl tacıdır. Həm də ona görə ki, bu bayramın mahiyyətində barış var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin milli dəyərlər əsasında formalaşmasının başlanğıcı oldu.
Novruz bayramı haqqında könül mahnıları bəstələnib. Bu bəstələr Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Oqtay Zülfüqarovun, Rəhilə Həsənovanın ... zövqlü, yaddaqalan, tarixi musiqiləridir.
Novruz bayramı haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Bu bayram bədii filmlərdə də (“Yeddi oğul istərəm”,  “Dəli Kür” və s.) böyük sədaqətlə anılır.
Ulu Öndərin siaysi kursunu böyük sədaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hər il Novruz bayramını Bakı şəhərində sakinlər arasında qarşılayır. Bu, həm milli mentalitetə sədaqətdir, həm də vətəndaşlara ehtiarmdır.
Dövlət başçımız ənənəvi olaraq Novruz bayramı ərəfəsində əfv sərəncamları imzalayır ki, bu da Azərbaycan dövlətinin humanizm siyasətinin işığıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla dediyi “Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik” kəlamları ilə, 2024-cü il martın 18-də Xankəndidə  çıxışında dediyi “2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır”, “Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq” fikirləri arasında milli-mənəvi ruh bağlılığı var.
Novruz bayramı xalqımızın yaşayan, yaşadılan, yaşadılacaq bayramlarındandır. Bu bayram həm də sabahların bayramıdır. Daha güclü Azərbaycanın bayramıdır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Mart 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri