Icma.az
close
up
RU
Novruz bayramı xalqımızın ruhunun bayramıdır

Novruz bayramı xalqımızın ruhunun bayramıdır

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Azərbaycan xalqının zəngin mədəniyyət tarixində mövsüm mərasimlərinin də önəmli bir yeri vardır. Milli-mənəvi dəyərləri özündə birləşdirən, Azərbaycanın ən qədim bayramlarından biri də Novruz bayramıdır. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində keçirilməsində Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidməti vardır. Bu, Ulu Öndərin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Bütün həyatı və siyasi fəaliyyəti dövründə milli dəyərlərimizə ehtiram göstərən Ümumelli Lider siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra milli və tarixi bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu vermişdir.

Qeyd edək ki, Novruz- indiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram ən kütləvi xalq və həm də ailə bayramıdır. Bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarışları var. Ulu Öndər Heydər Əliyev bu bayramın əhəmiyyətini, onun əsas xüsusiyyətlərini belə qiymətləndirirdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, döstlarımızı unutmuruq, onlara bayram payı göndərilirik. Belə yüksək əxlaqi-mənəvi keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlər yanaşan vətənpərvər nəsil yetişdirir.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində bu gün biz ölkəmizdə milli həmrəyliyi, vətəndaş birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində, eləcə də 23 saat davam edən antiterror əməliyyatında hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Artıq işğaldan azad olan bütün torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işləri aparılır. Ölkədə yaranan siyasi dialoq və əməkdaşlıq öz mühüm töhfəsini verməkdədir. Novruz bayramı milli dəyərlərin, mahiyyəti etibarilə milli varlığın qorunma vasitəsidir. Bu yanaşma Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Bu gün qürur hissi keçiririk ki, əbədi yaşamaq hüququ qazanmış Novruz bayramı artıq dünyada tanınmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsi tərəfindən Novruz bayramının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, eləcə də, BMT-nin Baş Məclisinin martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıması Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.

Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir. Bu bayramda hər kəs yad edilir, insanlar dünyadan köçən əzizlərini, doğmalarını ziyarət edir. Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, erməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Qazilərimizə Allahdan şəfa diləyirik! Bu əziz günlərdə heç kəs onları, ailələrini tək qoymur. Bu, bizim adətlərimizdən, igid oğullarımıza, qardaşlarımıza, bacılarımıza, balalarımıza olan mənəvi borcumuzdan irəli gəlir.

Beləliklə, ən əsası, indi biz öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etmiş ölkəyik. İndi Novruz tonqalları Azərbaycanın hər bir şəhərində, kəndində alovlarınır. Bundan böyük fəxarət hissi, bundan əzəmətli qürur hissi təsəvvür etmək olmaz. Bir daha xalqımız Milli- tarixi bayramımız olan Novruz bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanın qüdrəti daha da artsın, daim inkişaf etsin!

İlqar İsayev,

YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri