Icma.az
close
up
RU
Novruz Bayramına görə təqiblərə məruz qaldı... Şıxəli Qurbanovu sianid turşusu ilə zəhərləmişdilər?

Novruz Bayramına görə təqiblərə məruz qaldı... Şıxəli Qurbanovu sianid turşusu ilə zəhərləmişdilər?

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

16 avqust yazıçı, dramaturq, ictimai xadim Şıxəli Qurbanovun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda qulluqçu ailəsində anadan olub.

Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, Böyük Vətən müharibəsində Leninqraddan Almaniyayadək döyüş yolu keçib.

1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib.

1956-cı ildə “Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb.
Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

1958-1961-ci illərdə “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb.

1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb.

Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələrlə mətbuatda müntəzəm çap olunub.

Şıxəli Qurbanov Xavər adlı xanımla ailə həyatı qurub.

Onların İlqar və Gülnarə adlı övladları dünyaya gəlib. Sonralar Gülnarə xanım bir müddət parlamentin deputatı, oğlu isə tanınmış diplomat kimi fəaliyyət göstərir.
Şıxəli Qurbanov həm də dövlət xadimi idi. 1950-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri təyin olunub. 1957-1961-ci illərdə Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub.

Həmin dövrlərdə ateist ideologiyalı sovet hakimiyyəti ölkəmizdə Məhərrəmlik, Orucluq, Ramazan ayları, Novruz bayramının qeyd olunmasına qadağa qoyur. Bu fakt Şıxəli Qurbanovu narahat edir.

1967-ci il Azərbaycanda ilk dəfə Novruz bayramı “Bahar” bayramı adı altında rəsmi səviyyədə respublika ərazisində olunub.

Qadağalara baxmayaraq Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında Azərbaycan kommunistlərinin o vaxtkı rəhbəri, akademik Vəli Axundov və tanınmış yazıçı-dramaturq, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu və xidmətləri əvəzsizdir.

1967-ci ildə Novruzun qeyd edilməsi baş tutsa da, növbəti ildə - 1968-ci ildə buna imkan verilmir. Bunun nəticəsidir ki, Vəli Axundov və Şıxəli Qurbanov Moskva tərəfindən ciddi təzyiqlərə məruz qalır.

Lakin bu xəbər bütün SSRİ-yə yayılır. Dostları Şıxəli Qurbanova xəbərdarlıq edir.

Lazımi qüvvələr Novruz bayramını islam dini ilə bağlayır, Şıxəli Qurbanovun əsl adının isə Şeyx Əli olduğunu deyirlər. O, dərhal Moskvaya çağırılır. Şıxəli Qurbanov Novruz bayramının dinlə heç bir əlaqəsi olmaması barədə 22 səhifəlik izahat yazır. Bir müddət sonra o, özünün təqib edildiyini hiss edir.

Bir dəfə isə o, həyat yoldaşı Xavər xanıma deyir: “Bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın”.

1967-ci il may ayının 23-də Şıxəli Qurbanov “Sənsiz” pyesinin ictimai baxışına gəlir. Amma o, diş həkiminə getmək üçün ictimai baxışı tez tərk edir və aktyorlara deyir: “Gedirəm, əgər gəlməsəm, “Sənsiz”ə baxarsınız mənsiz”.

Xalq arasında hörmət qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardığı üçün 4 dəfə sui-qəsdlə üzləşir.

Birinci dəfə atılan güllə əlindən yan keçir, ikinci dəfə onu avtomobillə vurmaq istəyirlər, üçüncü səbəbi məlum olmayan sui-qəsddən də xilas ola bilir. Lakin, 23 may stomatoloq dostu Əliağa Əhmədovun yanına gəlir. Dostunun ona vurduğu iynədən sonra Şıxəli Qurbanov 42 yaşında elə yerindəcə dünyasını dəyişir.

Bu hadisədən sonra həkimin pəncərədən qaçdığı və Vəli Axundovun evində gizləndiyi deyilir.

Şıxəli Qurbanovun ölümü ilə bağlı qəzetlər onun anafilaktik şok keçirərək dünyasını dəyişdiyini yazır. Uzun illər sonra həkim Əliağa Əhmədov yazdığı kitabda Şıxəli Qurbanovun anafilaktik şok keçirdiyini qeyd edir.

Mayın 24-də göstərilməli olan tamaşa təxirə salınır. Çünki tamaşaya gələn adamlar eşitdikləri üzücü xəbərdən sonra xəstəxanaya axışır. Çünki həmin vaxt xəstəxanada mərhum katibin nəşi onları gözləyirdi...

Lakin, Şıxəli Qurbanovun ailəsi bu fikirlərlə razılaşmır, onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir.

Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova müsahibələrində deyir: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar”.

Şıxəli Qurbanovun ölümündən 40 gün sonra Xavər Qurbanova Moskvada prokurorluqda olur.

Onun təkidi ilə prokurorun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir.

Amma nəticədə Xavər xanıma onun fikirləri ilə şərik olduğunu desə də, həqiqət rəsmi surətdə üzə çıxarılmır. Çünki ixtisasca həkim olan Mərkəzi Komitənin birinci katibi Vəli Axundov diaqnozunda israrlı idi – Şıxəli Qurbanovun “anafilaktik şok”dan ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin imzası ilə qəzetdə yazı da dərc olunmuşdu.

Beləcə, respublikanın birinci şəxsinə bata bilməyən Xavər xanım susmağa məcbur olur.

Şıxəli Qurbanov Fəxri xiyabanda dəfn olunur. Musiqili Komediya Teatrına, Bakı küçələrindən birinə onun adı verilib.

"Emmy" nominasiyaları siyahıda - “The Severance” filmi liderdir Keti Holms və Coşua Cekson illər sonra yenidən eyni layihədə “Plastik cərrahiyyə sahəsində savadsızlar meydan sulayır” - Adil Qeybulla
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Avqust 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri