Icma.az
close
up
RU
Novruz həmrəylik, dostluq və milli birlik bayramıdır

Novruz həmrəylik, dostluq və milli birlik bayramıdır

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaxtı ilə Ulu Öndər Heydər Əliyev deyirdi ki : “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Ümummilli Liderimiz bu sözləri elə inamla deyirdi, hər kəsdə bir ümid yaranırdı. Onun başladığı işi ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli ordumuz sona çatdırdı. Prezident İlham Əliyev də  çıxışların da qeyd edirdi ki: “Novruz bayramını  bir gün Qarabağda qeyd edәcәyik”  Və artıq zaman o zamandır ki, biz Ümumxalq bayramımız olan Novruzu Qarabağda, Şərqi Zəngəzurda  böyük qürur hissi ilə keçiririk. 5 ildir ki, bütövlükdə Azərbaycan xalqı, dünyanın dörd bir yerində  yaşayan azərbaycanlılar  ruh yüksəkliyi və möhtəşəm təntənə ilə bu bayramı keçirir.  Hamımızın arzuladığı həmin gün gəldi.  Prezident İlham Əliyev, Respublikanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə    2021-ci ildə  Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə  Xankəndində, 2025-ci ildə isə Ağdərənin Həsənriz kəndində Novruz tonqalını yandırdı, xalqımıza  bayram  təbriklərini çatdırdı. Bütün bunlar hər birimizdə xüsusi əhval-ruhiyyə yaradır.

Çünki Novruz- indiyə qədər öz qüvvətli təsirini saxlayan ən kütləvi xalq və həm də ailə bayramıdır.  Bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarışları var. Ulu Öndər Heydər Əliyev bu bayramın əhəmiyyətini, onun əsas xüsusiyyətlərini belə qiymətləndirirdi:  “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram  milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, dostlarımızı  unutmuruq, onlara bayram payı göndərilirik. Belə yüksək  əxlaqi-mənəvi  keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlər yanaşan vətənpərvər nəsil yetişdirir. 
 

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində bu gün biz ölkəmizdə milli həmrəyliyi, vətəndaş  birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində, eləcə də 23 saat davam edən antiterror əməliyyatında hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Artıq işğaldan azad olan  bütün torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işləri aparılır. Ölkədə yaranan siyasi dialoq və əməkdaşlıq öz mühüm töhfəsini verməkdədir.  

Novruz bayramı milli dəyərlərin, mahiyyəti etibarilə milli varlığın qorunma vasitəsidir. Bu yanaşma Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində keçirilməsində  Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidməti vardır. Bu, Ulu Öndərin  öz xalqına, onun qədim, zəngin tarixinə,  mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Bütün həyatı və siyasi fəaliyyəti dövründə milli dəyərlərimizə ehtiram göstərən Ümummilli  Lider siyasi hakimiyyətə yenidən qayıtdıqdan  sonra milli və tarixi bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu vermişdir. Novruz milli birlik bayramı olmaqla yanaşı, hələ qədim zamanlardan dünya xalqlarının bayramı kimi də qeyd olunur.  Belə ki, Novruz Cənubi Azərbaycanda, Qafqazda, Mərkəzi Asiyada, Tacikistanda, Türkmənistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda və Qırğızıstanda da qeyd edilir.  Kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Elə Novruz çərşənbələri də bu ünsürlər üzərində qurulub. Çərşənbələr hər il Novruz bayramından, yəni, günün bərabərləşməsindən bir ay əvvəl qeyd olunur. Novruz bayramı artıq dünyada tanınmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü  ilə  YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsi tərəfindən Novruz bayramının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, eləcə də, BMT-nin Baş Məclisinin  martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıması Azərbaycanın milli siyasətində Novruzun milli özünü təşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur. 

Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir.  Bu bayramda  hər kəs yad edilir,  insanlar dünyadan köçən əzizlərini, doğmalarını ziyarət edir.  Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, etməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Qazilərimizə Allahdan şəfa diləyirik!   Bu əziz günlərdə heç kəs onları, ailələrini tək qoymur. Bu, bizim adətlərimizdən, igid oğullarımıza, qardaşlarımıza, bacılarımıza, balalarımıza olan mənəvi borcumuzdan irəli gəlir. 

Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən,  davamlı olaraq iqtisadi imkanları və beynəlxalq nüfuzu artan, geosiyasi proseslərə əsir etmək  gücünə malik bir ölkədir. Böyük fəxarət hissi ilə deyirik ki, indi Novruz tonqalları Azərbaycanın hər bir  şəhərində, kəndində alovlarınır! Bir daha xalqımız Milli- tarixi bayramımız olan Novruz bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanın qüdrəti daha da artsın, daim inkişaf etsin! 

Milli Məclisin Komitə sədri, professor  Hicran Hüseynova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Mart 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri