Icma.az
close
up
RU
Novruz tonqalları yeni arzulara yaşıl işıq yandırır

Novruz tonqalları yeni arzulara yaşıl işıq yandırır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya Azərbaycan həqiqətlərini indi də Ağdərədən eşitdi

Suların qovuşduğu yerdə yurd həsrətlilər də do]ma ocağa qovuşurlar

                                             Bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə

                                             nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə

                                             bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər

                                             birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb.

                                                                           Azərbaycan rezidenti İlham Əliyevin Suqovuşan

                                                                           sakinləri ilə söhbətindən. Ağdərə rayonu,

                                                                           18 mart 2025-ci il.

Bu ilin mart ayı da bizim üçün bir neçə cəhətdən əlamətdar oldu. Həm  XII Qlobal Bakı orumunda  dünyanın  müxtəlif ölkələrinin  hazırkı və sabiq dövlət – hökumət başçıları bir araya gələrək, növbəti dəfə qlobal məsələlərə dair fikir mübadiləsi aparmaq fürsəti əldə etdilər, həm ABŞ-da 50-dən çox ravvin rezident Donald Trampa müraciət edərək “İbrahim sazişləri”nin genişləndirilməsini və bu prosesə türk dövlətlərinin ilk növbədə Azərbaycan, Qazaxıstan və Özbəkistanın daxil edilməsini istədilər, həm də Azərbaycana qarşı “907-ci düzəliş”in ləğv olunmasının vacibliyi gündəliyə gətirildi. Yəhudi liderlərinin Ağ ev rəhbərinə müraciətində bildirilir ki, ABŞ-ın digər yəhudi təşkilatları, o cümlədən ultra-ortodoks təşkilatlar da Amerika liderinə bu tip müraciətlər etməyi planlaşdırırlar. 

Xatırladım ki, “İbrahim sazişləri”nin müəllifi birbaşa Donald Trampdır. O, birinci prezidentliyi dövrün də ərəb ölkələri ilə İsrail arasında münasibətləri yaxşılaşdırmağı hədəfləyən “İbrahim sazişləri” ifadəsini dilə gətirəndə öz arqumentini belə əsaslandırmışdı ki, İslam dininə görə, İbrahim peyğəmbər (ə.) ərəblərlə yəhudilərin ortaq atasıdır. Yəni ərəblər İbrahim peyğəmbərin (ə.) Həcər adlı xanımının dünyaya gətirdiyi oğlu İsmayılın, yəhudilər isə onun digər xanımdan (Sara) doğulan İshaqın törəmələridir: “Hər iki millətin ilk ataları İbrahim peyğəmbərin (ə.) övladlarıdırsa, məntiqlə onlar qardaş sayılırlar. Qardaşlar arasında isə ixtilafa ehtiyac yoxdur”. Yəni Azərbaycanın bu sazişə qoşulması bizim üçün olduqca uğurlu bir siyasi-diplomatik addım olacaq. Üstəlik, ədalətsizcəsinə üzləşdiyimiz “907-ci düzəliş” adlı bədnam sənədin ləğv edilməsi də gündəliyə gətirilir.

Ancaq ekspertlərin fikrincə, ölkəmizin mart ayındakı uğurları təkcə xarici siyasətlə yekunlaşmır. Cənab Prezidentin martın 18-də Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi zamanı sakinlərlə görüşdə səsləndirdiyi fikirlər, sözün həqiqi mənasında, zamanın çağırışlarına, bədxahlarımıza, Ermənistanın himayədarlarına və Avropa Parlamentində oturub Cənubi Qafqazda xaos və anarxiya yaratmaq istəyənlərə, eləcə də sərhədlərimizin o biri tayında hərəsi özü boyda binokl götürərək “müşahidə aparanlara” (“Qoca qitə”nin qoca kəşfiyyatçılarına)  cavab verilməsi idi. Bu fakt həm də ona görə önəmlidir ki, cənab Prezident həmin cavabı paytaxt Bakıdan yox, otuz il vəhşi tayfaların barbarcasına viranəyə çevirdiyi, düşmən tapdağından azad ediləndən sonra isə gündən-günə abadlaşan, cənnətmisal görkəm alan torpaqlarımızda dayanaraq verirdi. Bunun isə nə demək olduğunu hamıdan yaxşı İrəvan rəhbərləri bilirlər.

Bu fakt bir də ona görə önəmlidir ki, Ermənistan rəhbərliyi “Biz Bakı ilə sülh müqaviləsinin bütün müddəalarını razılaşdırmışıq və imzalamağa hazırıq” – desə də, işğalçı ölkənin silahlı qüvvələri son günlər atəşkəsi ardıcıl olaraq bir neçə dəfə pozub. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi ilə bu ölkənin sınıq-salxaq ordusu eyni fikirdə deyil. Deməli, cənab Prezidentin məhz həmin gün həmin məkanda olması və həmin arqumentləri dilə gətirməsi heç də təsadüfi deyildi. Nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən Azərbaycan Prezidenti martın 18-də Suqovuşanda dedi ki, Ermənistana himayədarlıq edənlərin “kitabı bağlanıb”.

Azərbaycanın 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri  haqqında danışan dövlət başçımız xatırlatdı ki, həmin tarixi faktlar bizim  Silahlı Qüvvələrimizin gücünü və xalqımızın iradəsini göstərirdi: “Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi  –  ilk növbədə, guya, bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, o biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq”.

Bəs necə oldu ki, biz dünyanın üç güclü dövlətinin himayə etdiyi (xatırladaq ki, onların heç biri Ermənistanın xoş gələcəyini  istəmir, öz maraqlarını təmin etməyə çalışırdılar) işğalçıya diz çökdürdük? Cənab Prezident bu sualın cavabını dəfələrlə vermişdir: “Biz xalq – iqtidar birliyinə nail olduq, güclü iqtisadiyyat yaratdıq, uğurlu xarici siyasət kursu işləyib hazırladıq, güclü ordu formalaşdırdıq, vətənpərvər gənclik yetişdirdik, ən başlıcası isə bütün proseslər eyni mərkəzdən idarə edildi”. Təkcə sadə vətəndaşlar, ekspert və ya jurnalistlər deyil, həm də beynəlxalq aləmdəki hərbi mütəxəssislər də səmimi şəkildə etiraf edirlər ki, Azərbaycan Ordusunun məlum uğurları bilavasitə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün prosesə şəxsən nəzarət etməsi, bütün məsələləri incə detallarına kimi bilməsi, düzgün qərarlar çıxarması nəticəsində mümkün olmuşdur.

İndi kimsə elə bilməsin ki, mən Azərbaycanı Rusiya və ya ABŞ-la müqayisə et mək istəyirəm. Qətiyyən elə fikrim yoxdur və həmin müqayisə mümkün deyil. Ancaq müqayisə edə biləcəyimiz konkret faktlar var. Məsələn, son səksən ildə  SSRİ-nin Əfqanıstana, ABŞ-ın Vyetnama, Koreyaya, İraqa, Əfqanıstana müdaxilələri zamanı qətiyyən konkret nəticə əldə edilməmişdi. Çünki proseslər bir mərkəzdən idarə edil mirdi. “Demokratik dəyərlər”i bayraq edən ABŞ-da Ağ ev, Pentaqon və Dövlət Departamentinin hərəsi məsələyə öz  prizmasından yanaşırdı. Nəticədə, hərbi müdaxilə etdikləri ölkələrin heç birində tam qələbə əldə edə bilməmiş, “girdikləri”  ölkələrdən çıxmağa məcbur olmuşdular.

SSRİ rəhbərliyindəki Kremldaxili intriqalar (Kommunist Partiyasının süqutundan sonra həmin intriqaların miqyası barədə yüzlərlə analitik material ortaya çıxmışdı) isə bu güclü dövlətin nəinki hansısa hərbi müdaxilə zamanı uğur qazanmasını təmin edə bilmədi, əksinə həmin ziddiyyət və qarşıdurmalar sovet dövlətinin çökməsinin əsas səbəblərindən biri oldu. Ona görə də konfliktoloq və politoloqlar deyirlər ki, Azərbaycan İkinci Dünya müharibəsindən sonra müharibəni tam qələbə ilə başa vuran yeganə dövlətdir. Biz məmnunuq ki, bunu artıq hamı etiraf edir.

Bu zaman başqa bir faktı da xüsusilə vurğulamaq zərurəti var. Belə ki, cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, həm 44 günlük İkinci Qarabağ müharibəsi ərəfəsində, həm müharibənin getdiyi günlərdə, həm də birgünlük antiterror əməliyyatı zamanı beynəlxalq hüquq birmənalı şəkildə Azərbaycanın tərəfində idi. Bu isə göydəndüşmə uğur deyildi, həm ulu öndər Heydər Əliyev,  həm də Prezident İlham Əliyev on illər boyu bu zəminin yaradılmasına çalışmış, nail olmuşdular. Ona görə də Azərbaycanın başladığı (hərçənd, biz müharibənin ilk günlərində döyüş meydanına Ermənistanın təxribatlarına cavab vermək məqsədilə atılmışıq) İkinci Qarabağ müharibəsi ƏDALƏTLİ MÜHARİBƏ idi. Biz öz torpaqlarımızı işğalçılardan azad etməliydik. Etdik də... 

Ancaq fikrimizcə, 3 ildir davam edən Rusiya – Ukrayna müharibəsinin bu qədər uzanmasının əsas səbəbi bu məsələyə beynəlxalq hüququn birmənalı münasibət bildirməməsidir. Yəni həmin münaqişəyə münasibət bildirən beynəlxalq hüquq mütəxəssislərinin biri “elə” deyirsə, digəri “belə” deyir. Ona görə də  tərəflərin heç biri ciddi nəticə əldə edə bilmir. Bu isə həmin ölkələrdə öz maraqlarını təmin etmək istəyən “üçüncü dövlətlərin” fəallaşmasına səbəb olur.

Xüsusilə vurğulanmalıdır ki, Rusiya, Ukrayna və İsrail uzun illərdən bəri mükəmməl silahlanma mərhələləri keçmiş ölkələrdir. Yəni onların hərbi potensialının cəmi otuz il dövlət müstəqilliyi olan Azərbaycanla müqayisə edilməsi mümkün deyil. Üstəlik, İsrailin apardığı müharibə hansısa nizami orduya deyil, özlərinin də elan etdikləri kimi, terrorçu qruplaşmalara qarşı davam etdirilir.  Ancaq Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etmək üçün müharibəni bütün müasir texnika ilə təchiz edilmiş, 30 il müddətində oturuşmuş və güclü müdafiə xətti yaratmış orduya qarşı apardı və qalib gəldi.

Bu məqamda tarixi miflər  uydurmaqda  peşəkar olan ermənilərin yaratdığı başqa bir mifi xatırlatmaq istərdim. Belə ki, 44 günlük müharibənin qəhrəmanlarından olan bir zabitimiz mətbuata verdiyi müsahibədə demişdi: “Vətən müharibəsində düşmənin qüvvələrini yarmaq üçün ilk əməliyyat Füzuli istiqamətində olub. Ermənistanın uydurduğu “Ohanyan səddi”ni Azərbaycan Ordusu cəmi bir saata yarıb. Həm siyasətdə, həm də döyüşdə göstərdik ki, güclü olan tərəf bizik. Prezident, Ali Baş Komandan İlham Əliyevin vaxtında və düzgün qəbul etdiyi qərarlar mühüm rol oynadı”.

Yeri gəlmişkən,  “Ohanyan səddi” 19942020-ci illərdə, Ermənistanın sabiq müdafiə  naziri olmuş Seyran Ohanyanın birbaşa rəhbərliyi altında qurulan və sonrakı dövrlərdə belə gücləndirilən müdafiə qurğuları sistemi idi. Azərbaycanla Ermənistan arasındakı (Qarabağdakı)  təmas xətti eynilə Ohanyan xətti ilə üst-üstə düşürdü. O səddin  uzunluğu 180 kilometrdən 200 kilometrə qədər idi. Hərbçilərin fikrincə, Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəd rolunu oynayırdı. Şərq istiqamət isə Ohanyan xəttinin əsas seqmentini təşkil edirdi. Bu istiqamətin möhkəmləndirilməsininə yaranan ehtiyac isə təbii sərhədlərin olmaması, şərqə doğru yüksəkliklərin alçalması idi.

Onu da əlavə edim ki, mən “Ohanyan səddi”nin özünü görməsəm də, Bakıdakı Hərbi Qənimətlər Parkında həmin səddin bir hissəsinin orijinala tam əsaslanaraq yaradılmış variant ilə tanış olmuş, “Allah səni qorusun, Azərbaycan əsgəri, bu səddi necə keçmisən?” – deyə heyrətlənmişdim. 

Onu da xatırladım ki, 44 günlük müharibə günlərində ermənilər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəndə – istənilən addımda uşaqlı – böyüklü bütün mülkü insanların öldürülməsinə, qətlinə çalışırdılar. Eynilə Xocalıda olduğu kimi. Azərbaycan Ordusu isə istər 44 günlük müharibədə, istərsə də birgünlük antiterror əməliyyatları zamanı əsl  “centlmensayağı müharibə”si apardı. Mülki əhaliyə zərər vurulmadı, mülki infrastruktur dağıdılmadı. Bütün dünyanın gözü qabağında olan faktdır ki, birgünlük antiterror tədbirlərin də mülki əhaliyə çıxmaq üçün xüsusi şərait yaradılmışdı, onların təhlükəsiz hərəkəti təmin olunmuşdu.

Ermənilər özləri də etiraf edirlər ki, əhali qabaqcadan radio, TV və xüsusi yayımlanan vərəqələr vasitəsilə xəbərdar edilirdi. Ermənilər raket qurğularını mülki obyektlərdə yerləşdirsələr belə, həmin obyektlərə heç bir zərər verilmədi. Ancaq İkinci Dünya müharibəsindən sonra həyata keçirilən bütün savaşlarda mülki əhalinin qırılması, mülki infrastrukturun dağıdılması, minlərlə mülki şəxsin öldürülməsi, şəhər, kənd və qəsəbələrin yer üzündən silinməsi milyonlarla insanın gözünün qabağında baş verir. Dövlət başçımızın Ağdərədə dediyi kimi, indi internet əsridir və kimin harada, nə ilə məşğul olduğunu hamı görür.

Elə mən də çox faktları görmüşəm. Yadımdadır, Bakıdakı Hərbi Qənimətlər Parkında  Ermənistan ordusundan hərbi qənimət kimi götürülmüş avtomobillərin dövlət fərqlənmə nişanlarının (nömrələ rinin) sayını öyrənmək istəsəm də sayıb qurtara bilmədim. Ancaq beynəlxalq aləmdəki hərbi təhsil müəssisələri bizim Zəfər tariximizdəki çox faktları və hadisələri sayıb qurtarıblar. Ona görə də Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatların unikallığı və qısa müddətdə böyük nəticələr vermək təcrübəsi indi artıq uzaq xaricdə də öyrənilir. Şuşa və Hadrut əməliyyatlarının unikallığı isə yazıçı və kinossenaristlərin, rejissorların maraq dünyasını zəbt etmişdir.

Bəli, dünya Azərbaycan reallıqlarını Ağdərədən də eşitdi. Bu reallıqlar  güclü dövlət – güclü lider düsturunun  bütün qələbələrin əsasında dayandığının göstəricisi kimi qəbul edilir. Cənab Prezident ağ günlərini yaşayan Ağdərədə yeni yaşayış evlərinin açılışında da iştirak etdi, Novruz tonqalı da yandırdı. Bütün soydaşlarımızın, türk dünyasının və beynəlxalq aləmdəki dostlarımızın sevinərək alqışladığı həmin faktlar Parisdə, İrəvanda və anti-Azərbaycan zehniyyətli insanların olduğu hər yerdə çoxlarının yuxusunu qaçırdı. Qoy olsun! Biz də torpaqlarımız barbar qonşunun tapdağında olanda çox gecələri yuxusuz qalmışdıq. 

Evin mübarək, Ağdərə sakini! Suyun bulanmasın, Suqovuşan!  Yolun aydın olsun, sabiq məcburi köçkün! Daha böyük uğurlarına şahidlik edək, cənab Prezident!

İttifaq MİRZƏBƏYLİ

Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Mart 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see210

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri