Icma.az
close
up
RU
Azərbaycan və Çin “yaşıl enerji” tərəfdaşlığına “yaşıl” işıq yandırır

Azərbaycan və Çin “yaşıl enerji” tərəfdaşlığına “yaşıl” işıq yandırır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanda həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadənin gücləndirilməsidir. Bunun üçün isə ölkəmizin kifayət qədər potensialı var. Son tədqiqatlar Azərbaycanda 27,5 min meqavat həcmində bərpa olunan enerji ehtiyatı olduğunu təsdiqləyib. Bunun 3 min meqavatı külək, 23 min meqavatı Günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Xəzər dənizinin ölkə akvatoriyasında isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə, isə ölkəmizin bərpa olunan enerji sahəsində potensialı 200 qiqavat qiymətləndirilir.

Son illər ölkəmizdə “yaşıl” sərvətdən istifadəyə diqqət getdikcə artırılır. Bu da ümumi enerji istehsalında bərpaolunan enerjinin payının artmasına gətirib çıxarır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Azərbaycanın “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-sata çatıb. Bu tendensiya cari ilin ilk rübündə də davam edib. Elə hesabat dövründə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 milyon kilovat-saat artımın baş verdiyi də bunu təsdiqləyir. 

Ölkəmizin zəngin “yaşıl” potensialı, bu sahədə həyata keçirilən çoxsaylı layihələr dünyanın enerji keçidində uğurla fəaliyyət göstərən şirkətlərin diqqətini getdikcə daha çox cəlb edir. Digər tərəfdən, Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, infrastruktur imkanlarının genişliyi xarici investorların, tanınmış şirkətlərinin bu sahəyə marağını gedikcə artırır. 

Mövzuya keçid alaraq qeyd edək ki, ölkəmizin bərpa olunan enerji sahəsində zəngin potensialından uzaq Çində də xəbərdardırlar. Məhz bunun nəticəsidir ki, son zamanlar iki ölkə arasında iqtisadi əlaqələrin strukturunda “yaşıl” enerji əməkdaşlığı xüsusi önəm kəsb edir. Artıq bu ölkənin “China Energy Engineering Corporation Limited” şirkəti tərəfindən ölkəmizdə bir neçə layihə həyata keçirilir. Şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. Bununla yanaşı, “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda günəş enerjisi və digər layihələrə investisiya yatırıb. Yeri gəlmişkən, fəaliyyət dairəsinə bərpa olunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər də daxil olan “China Energy Engineering Corporation Limited” şirkətinin 147 ölkədə 256 filialı mövcuddur. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpa olunan enerji bazarının 50 faizinə nəzarət edir.

Azərbaycan Prezidenti İlham ­Əliyevin Çinə dövlət səfəri isə ölkələrimiz arasında “yaşıl” enerji əməkdaşlığının daha da genişlənməsinə səbəb olacaq. Təsadüfi deyil ki, səfər çərçivəsində Prezident İlham Əliyevin və Sədr Si Cinpin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın 6-cı maddəsində iki ölkənin enerji keçidinin, dayanıqlı sosial-iqtisadi inkişafın təşviq edilərək bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqları vurğulanıb. 

Bundan əlavə, səfər zamanı iki ölkənin müvafiq qurumları arasında bərpa olunan enerji sahəsində ­əməkdaşlığa dair 6 sənədin imzalanması “yaşıl” enerji əməkdaşlığının yeni, daha sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Energetika Nazirliyinin məlumatına görə, bu sənədlər, ümumilikdə, 260 meqavat gücündə günəş elektrik stansiyaları, 100 meqavatlıq üzən günəş elektrik stansiyası, 30 meqavat gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 qiqavat gücündə külək elektrik stansiyasının inşası, daha 2 meqavat gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. 

Həmin sənədlərə gəldikdə isə Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” MMC arasında Azərbaycanda 100 meqavat gücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi Energetika Nazirliyi və “Universal Solar Azerbaijan” MMC tərəfindən imzalanıb. İnvestisiya müqaviləsi Qobustan rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. Növbəti mərhələdə şirkət ilə elektrik enerjisinin alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il, təxminən, 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Xatırladaq ki, bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib.

Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında isə Azərbaycanda dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcək. Bu çərçivədə mərhələli əsasda minimum 2 qiqavat gücündə dənizdə külək elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur.

Azərbaycanın Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında imzalanmış sənəd isə Böyükşor gölündə 30 meqavat gücündə batareya enerji saxlanc sistemi ilə 100 meqavat gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsinə müvafiq olaraq yaradılacaq layihə şirkəti vasitəsilə texniki-iqtisadi əsaslandırma, layihələndirmə, maliyyələşdirmə, tikinti, istismar və texniki xidmət işlərini əhatə edir. Bu layihədə həyata “China Datang Overseas Investment Co. Ltd” şirkəti əsas investor kimi çıxış edəcək.

Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” MMC arasında 160 meqavat gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış icra müqaviləsi mübadilə edilib. Layihənin həyata keçirilməsi üçün xüsusi layihə şirkətinin və Rəhbər Komitənin yaradılması nəzərdə tutulur. Sənəddə layihənin texniki-iqtisadi əsaslandırılması, layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi, istismarı və texniki xidməti kimi istiqamətlər əks olunub. Energetika Nazirliyinin layihə üçün torpaq sahəsinin ayrılması, müvafiq icazələrin verilməsi və yerli resurslardan istifadə olunmasına dəstək göstərməsi planlaşdırılır. Layihə, həmçinin gələcəkdə batareya enerji saxlanc sisteminin inteqrasiyası imkanlarını da nəzərdən keçirir. 2028-ci ildə istismara verilməsi planlaşdırılan stansiyada illik, təxminən, 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.

“Yaşıl” eneji əməkdaşlığı ilə bağlı digər sənəd isə Xəzər dənizinin Azərbaycan sektorunda 2 qiqavat gücündə külək enerjisi layihəsi ilə bağlı olub. Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində investisiya imkanlarının qiymətləndirilməsi və müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin qurulması üzrə əməkdaşlıq ediləcək. Layihənin inkişafı məqsədilə rəhbər komitə və işçi qrup yaradılacaq, həmçinin kommersiya, hüquq və texniki sahələr üzrə ekspertlər cəlb olunacaq. Müvafiq icazələrin alınması, dəniz ərazilərinin ayrılması və digər zəruri proseslərdə Energetika Nazirliyi tərəfindən dəstək göstəriləcək.

“Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb. Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur. Araşdırmaların nəticələrinə əsasən, texniki və iqtisadi baxımdan səmərəli həllərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması planlaşdırılır. Birinci mərhələdə bərpaolunan enerji mənbələri üzrə tələbatın qiymətləndirilməsi, növbəti mərhələdə isə müəyyən edilmiş güclərin ötürücü şəbəkəyə inteqrasiyasının tədqiqi həyata keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see147

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see146

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see146

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see137

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see135

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see133

Pulsuz vəkillik mümkündürmü? Hüquqşünas aydınlıq gətirir

23 Aprel 2025 19:01see130

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see128

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see127

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see127

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see126

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see125

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see124

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see121

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see121

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see117

Sumqayıtda 15 ağacı kəsən şəxs cərimələndi

23 Aprel 2025 19:21see116

Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

23 Aprel 2025 20:23see115

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

24 Aprel 2025 11:16see115

Papanın ölümünün İstanbuldakı zəlzələ ilə nə əlaqəsi var? 10 şəhər hədəf göstərildi

24 Aprel 2025 03:03see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri