Icma.az
close
up
RU
Novruz və Ramazan bayramları turizm sektoruna necə təsir edib?

Novruz və Ramazan bayramları turizm sektoruna necə təsir edib?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda uzunmüddətli bayram istirahətləri, xüsusilə Novruz və Ramazan bayramları, turizm sektoruna mühüm təsir göstərir. İnsanlar bu fürsətdən istifadə edərək hotellərə, restoranlara və müxtəlif turizm obyektlərinə üz tuturlar. Uzunmüddətli istirahət günləri daxili turizmin canlanması üçün əhəmiyyətli rol oynayır.

Bəs, bu il bayram günləri turizm sektoruna necə təsir etdi?

Turizm sektoru üçün 12 günlük fürsət

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri və "Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, 12 günlük istirahət dövrü turizm sektoru üçün böyük imkan yaradıb. Onun sözlərinə görə, bu günlərdə vətəndaşlar səfərlərini əvvəlcədən planlaşdıraraq özlərinə uyğun turizm xidmətlərini seçiblər.

"Bayram günləri həm turizm sənayesi, həm də vətəndaşlar üçün uğurlu keçdi. Xüsusilə regional hotellər üçün bu dövr məhsuldar oldu. Bakı və digər iri şəhərlərin sakinləri əsasən regionlara üz tutaraq təbiətə yaxın olmağa üstünlük verdilər. Ümumilikdə, ciddi narazılıqlar, yəni qayda pozuntuları və servis problemləri qeydə alınmadı", - deyə S.Dübəndi qeyd edib.

Ekspertin sözlərinə görə, hotellərin gecələmə xidmətlərinin qiymətləri ötən illə müqayisədə ciddi fərqlənməyib. Bununla belə, restoran xidmətlərində qiymət artımı müşahidə olunub.

"Bu artım təkcə Bakıda deyil, regionlarda da hiss olunurdu. Xüsusilə turistik məkanlardakı restoranların qiymətləri kifayət qədər yüksəlib. Bu, müəyyən narazılıqlara səbəb ola bilər. Sahibkarlara süni qiymət artımından çəkinməyi və qiymət siyasətinə diqqət yetirməyi tövsiyə edirik. Digər tərəfdən, qida məhsullarının bahalaşması yeməklərin maya dəyərinə təsir edir", - o bildirib.

İnfrastruktur və nəqliyyatla bağlı çətinliklər

Bayram günlərində turizm axınının əsas istiqamətlərinə toxunan ekspert qeyd edib ki, ənənəvi turizm məkanları kifayət qədər aktiv fəaliyyət göstərib. Bununla belə, bəzi magistral yollardakı problemlər müəyyən çətinliklər yaradıb:

"Bəzi yolların komfortlu olmaması, digərlərində isə yol tikinti və bərpa işlərinin aparılması bəzi regionlara səfərləri çətinləşdirib. Lakin sürətli qatarlar müntəzəm işləyib və ildən-ilə onlardan istifadə edən turistlərin sayı artır. Ümumilikdə, dəmir yolu nəqliyyatına maraq yüksəlir, çünki bu, avtomobil nəqliyyatı ilə müqayisədə daha komfortludur. Amma vaxt baxımından daha çox çəkir. Əgər sürətli dəmir yolu xətləri inkişaf etsə, düşünürəm ki, regionlara turist axını daha da artar", – deyə S.Dübəndi əlavə edib.

O, həmçinin turizmin inkişafı üçün həll olunmalı problemlərə toxunub:

"Regionlarda turizm agentliklərinin və şirkətlərinin azlığı, yerli bələdçilərin çatışmazlığı və turizm nəqliyyatının yetərsizliyi qiymət artımına təsir edən əsas amillərdəndir. Bakıdan gələn qrupları müşayiət edən bələdçilər və sürücülər yerli xidmət sahəsində çalışan insanlara nisbətən daha baha başa gəlir. Əgər bu məsələlər həll olunsa, turizm fəaliyyətlərinin regional səviyyədə genişlənməsi və bu sahədə bizneslərin inkişafı regional sosial-iqtisadi inkişafa töhfə verə bilər".

Apreldən turist axınının artımı bərpa olunacaq

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov isə mart ayında əvvəlki illərlə müqayisədə daha az aktivlik müşahidə olunduğunu bildirib:

"Ölkəyə gələn turistlərin sayında ilk iki ayda ötən illə müqayisədə azalma qeydə alınıb. Bunun əsas səbəbi Ramazan ayı ilə əlaqədar bəzi bölgələrdən gələn turistlərin sayının azalmasıdır. Xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayı nisbətən az olub".

O, Azərbaycanın müxtəlif ölkələrlə uçuş nöqtələrinin sayını artırdığını, prosedurları asanlaşdırmağa çalışdığını və bəzi ölkələrlə vizaların ləğv edildiyini vurğulayıb.

"Bütün bu tədbirlər aprel ayından etibarən turist sayına müsbət təsir göstərə bilər. Qiymətlərə gəldikdə isə mart ayında hotellərin qiymətləri ciddi dəyişməyib. Bakı şəhərində hotellərin doluluq səviyyəsi əvvəlki illərlə müqayisədə daha aşağı olub", - o bildirib.

C. Aşurov əlavə edib ki, bayram tətilləri ilə əlaqədar ölkədən çıxış turizmi də aktivləşib və ilin sonuna qədər həm daxili, həm də xarici turist axınının artacağı gözlənilir.

Ekspertlərin fikrincə, bayram günləri turizm sektoru üçün ümumilikdə uğurlu keçib. Hotellərin doluluq səviyyəsi yüksək olub, ciddi şikayətlər qeydə alınmayıb, lakin restoran xidmətlərində qiymət artımı müşahidə edilib. Bununla yanaşı, yol infrastrukturunun təkmilləşdirilməsi və regional turizm potensialının gücləndirilməsi gələcək inkişaf üçün vacib məsələlər olaraq qalır.

Statistika nə deyir?

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 338 621 xarici və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır. Təkcə fevralda ölkəyə 165 968 xarici turist gəlib, bu da əvvəlki illə müqayisədə 5,1 % azalma deməkdir.

Ən çox turist Rusiya (79 329 nəfər), Türkiyə (63 107 nəfər) və Hindistandan (33 663 nəfər) gəlib. Bundan başqa, İran (31,4 min), Gürcüstan (17 min), Qazaxıstan (11 min), Pakistan (10,9 min), BƏƏ (9,7 min), Səudiyyə Ərəbistanı (9,6 min) və Özbəkistandan (5,8 min) turist ölkəyə səfər edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri