Xocalıda Novruz və Ramazan bayramları qeyd olunub
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Martın 19-da Xocalı şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert keçirilib.
525.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin mərkəzi parkında təşkil olunan bayram tədbirində Xocalı şəhərinə, eləcə də rayonun kəndlərinə köç edən sakinlər iştirak ediblər. Tədbirdə yerli sənətçilər tərəfindən musiqilər ifa olunub. Konsert proqramında şagirdlərin də ifaları olub. Novruzun rəmzləri nümayiş etdirilib.
Qeyd edək ki, bayram tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil olunub.
Bu mövzuda digər xəbərlər:Ramazan və Novruz bayramları Cəbrayılda atəşfəşanlıqla qeyd edilib
23 Mart 2026 21:28
Novruz, Ramazan və Qurban bayramları günləri... TƏQVİM
11 Dekabr 2024 13:46
Novruz, Ramazan və Qurban bayramları günləri bəlli oldu
11 Dekabr 2024 12:06
Novruz, Ramazan və Qurban bayramları günləri AÇIQLANDI QƏRAR
11 Dekabr 2024 12:07
Baxış sayı:167
Bu xəbər 19 Mart 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















