Icma.az
close
up
RU
Novruzda taleyi öyrənmək üçün bunu edirlər 8 sirrli adət

Novruzda taleyi öyrənmək üçün bunu edirlər 8 sirrli adət

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Novruz bayramı yalnız təbiətin canlanması və yazın gəlişi ilə bağlı deyil, həm də xalqın qədim inanclarına və adətlərinə bağlı olan bir bayramdır. Bu bayramda insanlar gələcək haqqında məlumat əldə etmək və taleylərini öyrənmək üçün bir sıra fallar edirlər.

Metbuat.az Novruz bayramında edilə biləcək falları təqdim edir:

Su falı

Novruz bayramının ən maraqlı fallarından biri su ilə edilən faldır. Xalq arasında belə bir inanc var ki, Novruz axşamı suyun üzərində əks olunanlar insanların gələcəyini göstərir. Bir fincan su götürülür, üzərinə üzük, qızıl və ya gümüş əşyalar atılır və bir neçə dəqiqə gözlənilir. Əgər əşyaların əks olunması aydın və müsbət şəkildə görünürsə, bu, gələcəkdə yaxşı xəbərlərin gələcəyinə işarədir.

Yuxu falı

Novruz bayramı gecəsi görülən yuxuların gələcəkdən xəbər verdiyinə inanılır. Bu gecə görülən yuxuların "gerçək" və "düzgün" olduğuna dair bir inanc var. Məsələn, yuxuda su görmək müsbət işarə sayılır. Yuxusunda su görən insanın həyatında rahatlıq və bolluq olacağına inanılır.

Alma falı

Axır çərşənbədə alma yeyilir və daha sonra həmin almanın toxumları sayılır. On ədəd toxum dənəsini yastığın altına qoyub yatanda evlənəcəyiniz insanı yuxuda görə bilərsiz.

Fındıq, qoz falı

Bu adətə görə, bir neçə qoz və fındıq yerə atılır və onların necə açıldığı və ya sındığı nəzərdən keçirilir. Əgər qozun içi yaxşı açılarsa, bu müsbət dəyişikliklərə, yeni uğurlara işarədir. Əks halda isə gələcəkdə bəzi çətinliklərin yaşanacağına inanılır.

Səməni falı

Novruz bayramında bir çox insan səməni falına da baxır. Səməni, Novruzun ən əlamətdar simvollarından biridir. Səmənidəki otların vəziyyəti ilin necə keçəcəyinə dair göstəricilər təqdim edir. Əgər otlar yaşıldırsa, bu ilin bolluq və zənginliklə keçəcəyinə işarə sayılır. Əgər otlar zəif və qurudursa, bu bəzi çətinliklərin olacağına dəlalət edir.

Məktub yazmaq

Novruz bayramında bir çox insan gələcək arzularını yazıb, evin müəyyən bir yerində saxlayır. Bu məktubda insanlar arzularını və xəyallarını qeyd edirlər. Məktublar yalnız növbəti Novruzda açılmaq üçün saxlanılır.

Duzlu kökə yemək

Adətə görə axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyilir və su içilmir. Yuxuda həmin şəxsə su verilir. İnanclara görə həmin su verən şəxs yuxu görənin qismətidir.

Qapı pusmaq

Axır çərşənbə günü qonşuların qapısını sakitcə pusurlar. Eşidilən ilk söz və ya bir neçə sözü yozub, qismət haqqında fərqli fikirlər söyləyirlər (məhz bu baxımdan həmin günün axşamı yalnız yaxşı sözlər danışmaq adət hesab olunur).

Ülkər Abdurahmanlı / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Mart 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri