Icma.az
close
up
RU
Həssas qrupdan olan uşaqlar üçün Novruzda tibbi aksiya

Həssas qrupdan olan uşaqlar üçün Novruzda tibbi aksiya

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə mərkəzin avtomobil səyyar klinikası İlaxır çərşənbə günü Mərdəkan qəsəbəsindəki 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində tibbi aksiya keçiriblər. Aksiya çərçivəsində 50-yə yaxın uşaq oftalmoloji müayinəyə cəlb olunub. Uşaqlarda miopik astiqmatizm, allergik konyunktivit və digər göz xəstəlikləri aşkarlanıb. Müayinə zamanı ehtiyacı olan uşaqlara sağlamlığının qorunmasına mühüm töhfə kimi təmənnasız dərman vasitələri verilib. 

Aksiya çərçivəsində Novruz Bayramı münasibətilə uşaqlar üçün xüsusi şənlik – bayram süfrəsi və sovqatlar təşkil edilib. Keçəl və Kosa personajlarının iştirakı ilə keçirilən bu şənlik uşaqlara sevinc bəxş edib və bayramın ənənəvi ruhunu yaşadıb. Rəngarəng dekorasiyalar, bayram mahnıları və əyləncəli oyunlarla müşaiyət olunan bu şənlik uşaqlar üçün unudulmaz anlar yaşadıb. Onlar Novruzun əsas atributları olan səməni, boyanmış yumurtalar və şirniyyatlarla bəzədilmiş süfrə ətrafında toplaşaraq bayramın ruhunu hiss ediblər.

Bu cür sosial tədbirlər, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırır, sosial bacarıqlarını inkişaf etdirir və bayramın sevincini daha yaxından hiss etmələrinə şərait yaradır. Eyni zamanda, onlara diqqət və qayğı göstərildiyini görüb, özlərini dəyərli və cəmiyyət üçün əhəmiyyətli hiss edirlər. Belə tədbirlər onlarda özlərinə inam hissini gücləndirir və xoş xatirələrə çevrilir. Bayramın belə kollektiv şəkildə qeyd edilməsi mərkəzin aksiyada iştirak edən əməkdaşları ilə və uşaqların bir-biri ilə daha yaxından tanış olmasına, dostluq münasibətləri qurmasına, cəmiyyətə inteqrasiyasına və sosial adaptasiyasına töhfə verir.

1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin direktoru Sevinc Məlikova göstərilən tibbi dəstəyə, eyni zamanda, təşkil edilən bayram şənliyinə görə, Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımova və  kollektivinə təşəkkürünü bildirib, gələcəkdə də bu cür aksiyaların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Leyla Əliyeva və Aynur Ağayeva tərəfindən həyata keçirilib. Aksiyada həmçinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri Yazgül Abdıyeva, səyyar klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov və təşkilat şöbəsinin əməkdaşı Leyla Qurbanova iştirak ediblər.

Onu da qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası təkcə paytaxt deyil, regionlarda, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda tibbi aksiyalarını davam etdirir. Bu aksiyalar çərçivəsində ehtiyacı olan insanlar pulsuz müalicə, eynək və dərman vasitələri ilə təmin olunurlar. Məqsəd, regionda yüksək səviyyəli tibbi xidmətin əlçatanlığını təmin etmək və insanların göz sağlamlığını qorumağa dəstək olmaqdır.

Zərifə HÜSEYNOVA

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri