Icma.az
close
up
RU
Novxanı sakinlərinin avtobus problemi: AYNA dan CAVAB

Novxanı sakinlərinin avtobus problemi: AYNA dan CAVAB

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Novxanı bağları Kanalqırağı yaşayış massivi sakinləri ictimai nəqliyyat problemi ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynova şikayət ərizəsi ilə müraciət ediblər.

AİİB tərəfindən “Cebheinfo.az”-a göndərilən şikayət ərizəsində qeyd edilir ki, Abşeron rayonu, Novxanı bağları Kanalqırağı yaşayış massivi sakinləri uzun illərdir, təxminən 2010-cu ildən bu günədək normal ictimai nəqliyyatla təmin olunmayıb:

“İstehlakçı hüququmuz ardıcıl pozulub. Bu barədə 100 nəfər istehlakçı imzası toplanıb, müraciətlər olunub. 2010-cu ildə "Geologiya" dəmir yolu stansiyasının bağlanmasından sonra əhalinin şəhərə və işə rahat şəkildə gedib-gəlməsi mümkünsüz hala gəlib.

Hazırda yeganə çıxış yolu ya “108 A” avtobus xəttinin son dayanacağından 3-4 km məsafəni piyada qətmək, ya da "536" (əvvəlki “5 B” nömrəli) köhnə “Mercedes 208 D” 1989-1995-ci illər arasında istehsal olunmuş, qəza vəziyyətində, istismar müddəti bitmiş mikroavtobuslardan istifadə olunur.

Bu marşrutların sərnişin tutumu 8-12 nəfərlə məhdudlaşır və gur saatlarda (səhər və axşam 19:00-a qədər) həddindən artıq sıxlıq yaranır. Bu isə yaşlı sakinlərin, azyaşlı uşaqları olan anaların və tələbələrin ciddi çətinliklərlə üzləşməsinə, işə və dərsə gecikməsinə səbəb olur. Çox vaxt insanlar məcburən 3-4 km məsafəni piyada getməli olurlar.

Nəzərinizə çatdırmaq istəyirik ki, qeyd olunan avtobus hər 30 dəqiqədən bir və axşam saat 18:30 kimi işləyir. Əhali Bakidan əksəri saat 18:00 və ya 19:00-a kimi işləyir. Nəzərə alsaq ki, avtobus “Azadlıq” metrostansiyasından Goradil dayanacagina kimi ən tezi 1 saata gəlir, gur saatlarda isə bu rəqəm 1.5 saata çatır.

Beləliklə, avtobus Goradil dayanacagında ən tezi 19.30-21.30 radələrində olur. Nəticədə axşam 3-4 km məsafəni məcbur olub qaranlıqda piyada yolu gedirlər”.

Şikayət ərizəsinə görə, uzun müddətdir ki, bu məsələ öz həllini tapmır. Abşeron rayonu, Novxanı bağları Kanalqırağı yaşayış massivi sakinləri ictimai nəqliyyat problemi aradan qaldırılacaqmı?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə işləyən “536” nömrəli marşrut avtobuslarının fəaliyyəti saat 06:30-dan 20:30-dək müəyyən olunub:

“Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı tapşırıq verilib. Marşrut xəttinin keçdiyi yol vəziyyəti qənaətbəxş deyil, xüsusilə bəzi ərazilərdə yolların dar olması avtobusların rahat hərəkətinə və manevr etməsinə maneə yaradır.

Avtobuslarının yenilənməsi və  böyük tutumlu avtobuslarla əvəzlənməsi məsələsinə isə yol şəraiti düzələcəyi təqdirdə baxıla bilər. Qeyd edək ki, müxtəlif ərazilər üzrə əlçatanlığın artırılması məqsədilə infrastruktur təhlil edilir və yeni şəbəkə üzrə marşrutlar təşkil olunur. Sözügedən ərazi üzrə də marşrutların təşkili məsələsinə baxılacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri