Icma.az
close
up
RU
Sulutəpə sakinlərinin avtobus problemi: AYNA dan cavab

Sulutəpə sakinlərinin avtobus problemi: AYNA dan cavab

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində fəaliyyət göstərən 157 və 158 saylı marşrut xətlərinə yeni aztutumlu avtobusların buraxılması sakinlər arasında narazılığa səbəb olub.

Bu barədə Oxu.Az-a şikayət edən sakinlərin sözlərinə görə, əvvəllər bu marşrutlarda "İveco" markalı avtobuslar xidmət göstərirdi. "O avtobuslar köhnə olsa da, böyük idi, sərnişinlərin rahat gedib-gəlməsi üçün minimum şərtləri təmin edirdi, daha çox sərnişini eyni vaxtda daşıyırdı", - deyə qəsəbə sakinlərindən biri bildirib: "Lakin indi marşrutlarda xidmət göstərən "QAZel" markalı mikroavtobuslar intensiv sərnişin daşımalarına uyğun deyil. Bu avtobuslar kiçikdir, çox sayda sərnişini daşıya bilmir. Hər gün işə və məktəbə gedib-gəlmək üçün çətinlik çəkirik".

Sakinlər həmçinin marşrut sahiblərinin dəyişməsinə də etiraz edirlər. Onlar hesab edirlər ki, avtobusların və marşrut sahiblərinin dəyişməsində əsas məqsəd marşrut xətlərini ələ keçirmək idi. Əks halda başqa marşrut xətlərinə buraxılan iritutumlu və rahat avtobuslar Sulutəpə sakinlərinin istifadəsinə verilərdi. Məsələn, bu ilin may ayından xəttə buraxılan 158 saylı marşruta buraxılan "QAZel"lərdə kondisioner olmadığı üçün sərnişinlər və sürücülər yayın istisində əziyyət çəkiblər. Sürücülərin sözlərinə görə, bir-neçə avtobusa soyutma avadanlığı quraşdırılsa da, lazımi effekt alınmayıb.

Sakinlər isə problemə həll tapılmasını və əvvəlki "İveco" avtobuslarının geri qaytarılmasını tələb edirlər.

Sual yaranır: "İveco" avtobuslarının "QAZel" markalı mikroavtobuslarla əvəz edilməsinin səbəbi nədir? AYNA (Avtomobil Yolları və Nəqliyyat Agentliyi) sərnişin daşımalarına uyğunluq baxımından yeni avtobusların standartlara uyğunluğunu yoxlayıbmı?

Bu məsələnin həlli həm sakinlərinin gündəlik həyatına birbaşa təsir göstərir. Maraqlıdır ki, avtobusların sərnişindaşımaya uyğunluğu yoxlanmadan buraxılması nə qədər standartlara cavab verir və marşrut xətlərində dəyişikliklərin motivi nədir?

AYNA-nın mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, sərnişindaşımada xidmət keyfiyyətinin artırılması məqsədilə mütəmadi olaraq marşrutlar üzrə monitorinqlər həyata keçirirlər:

"Monitorinq zamanı fəaliyyətində nöqsan aşkar edilmiş daşıyıcıların müvəqqəti istismarında olan müntəzəm marşrut xətləri mərhələli şəkildə müsabiqəyə çıxarılır. Müsabiqə nəticəsində həm dövlət, həm də özəl daşıyıcılar tərəfindən yeni alınan avtobuslar həmin marşrutlar üzrə istismara buraxılır".

Onun sözlərinə görə, AYNA tərəfindən daşıyıcılara marşrut xətti üzrə avtobusların sayının artırılması və ya mərhələli qaydada iritutumlu avtobuslarla əvəz edilməsi ilə bağlı tapşırıq verilib.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut xətti müsabiqəyə çıxarılıb və marşrut xəttinə sentyabr ayından etibarən yeni avtobuslar cəlb edilib. Xocəsən qəsəbəsini "Memar Əcəmi" metrostansiyası ilə əlaqələndirən 158 nömrəli marşrut xətti isə bu ilin fevral ayında müsabiqəyə çıxarılıb və mayın 1-dən xətt üzrə yeni avtobuslar fəaliyyətə başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri