Icma.az
close
up
RU
Noyabrın 10 u Ümumdünya Elm Günüdür

Noyabrın 10 u Ümumdünya Elm Günüdür

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-u Ümumdünya Elm Günüdür. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) təşəbbüsü ilə təsis edilən bu əlamətdar gün elmin cəmiyyətin inkişafındakı roluna diqqət çəkmək, elmi biliklərin geniş ictimaiyyət arasında yayılmasını təşviq etmək və elmi nailiyyətlərin gündəlik həyatımız üçün əhəmiyyətini ön plana çıxarmaq məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Elm Günü elmi fəaliyyətlə cəmiyyət arasında əlaqələrin gücləndirilməsi, vətəndaşların elmi yeniliklər və müasir tədqiqatlar barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün, həmçinin alimlərin planetimizin qorunması, qlobal problemlərin həlli və daha dayanıqlı cəmiyyətlərin qurulması istiqamətindəki fəaliyyətinin vacibliyini vurğulayır.

2026-cı ildə Ümumdünya Elm Gününün mövzusu “Elmi diplomatiya vasitəsilə ortaq zəmin” olaraq müəyyənləşdirilib. Mövzu elmin dövlətlər və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsində, ortaq problemlərin həllində və beynəlxalq dialoqun inkişafında rolunu diqqətə çatdırır.

Azərbaycanda elmin inkişafı və yeni tədqiqat istiqamətləri

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkədə elmi potensialın gücləndirilməsi, tədqiqat infrastrukturunun müasirləşdirilməsi, elmi müəssisələrlə ali təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsi, eləcə də yerli alimlərin beynəlxalq elmi məkanda təmsilçiliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan elminin təşkilati əsaslarının formalaşmasında mühüm mərhələ 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılması olub. Bu hadisə ölkədə elmi tədqiqatların institusional əsasda inkişafına, müxtəlif elm sahələri üzrə ixtisaslaşmış institutların formalaşmasına və elmi kadr potensialının güclənməsinə təkan verib. Bu gün həmin ənənələr Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələr, ali təhsil ocaqları və tədqiqat mərkəzləri tərəfindən davam etdirilir.

Elmi fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması məqsədilə rəqəmsallaşma və süni intellekt texnologiyalarının tədqiqat proseslərinə tətbiqi də prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” bu sahədə yeni imkanların formalaşdırılması üçün mühüm strateji sənəddir. Strategiyanın istiqamətlərinə uyğun olaraq AMEA-da Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər Mərkəzi yaradılıb, elmi müəssisələrdə rəqəmsal elm və süni intellekt üzrə struktur bölmələrin fəaliyyəti genişləndirilib.

Beynəlxalq elmi bazalara çıxış və tədqiqatçıların stimullaşdırılması

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında nüfuzlu elmi informasiya bazalarına çıxış xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə “Elsevier” və “Clarivate Analytics” şirkətləri ilə yenilənmiş müqavilələr əsasında 150-dən çox elm və ali təhsil müəssisəsinin “Scopus”, “Web of Science”, “ProQuest Central” və “Cambridge University Press” resurslarından istifadəsi təmin edilib.

Alimlərin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə maddi mükafatlandırma mexanizmi də təkmilləşdirilib. 2026-cı ildə nazirliyin tabeliyindəki 14 elmi müəssisədən 420-dən çox tədqiqatçı elmi göstəricilərinə əsasən mükafatlandırılıb. Ümumilikdə, yeni mexanizm çərçivəsində 500-dək tədqiqatçının bu təşviq sisteminə cəlb olunması nəzərdə tutulub.

Elmi nəşrlərin beynəlxalq səviyyədə təmsilçiliyi də diqqət çəkən göstəricilərdən biridir. Nazirliyin hesabatına əsasən, 2025-ci ildə “Scopus” və “Web of Science” bazalarında indekslənən Q1 kateqoriyalı jurnallarda 3214, Q2 kateqoriyalı jurnallarda isə 1358 elmi nəşr dərc olunub. 2026-cı ilin hesabat dövründə isə müvafiq göstəricilər 1854 və 833 olub. Bundan əlavə, elmi bazalardan və süni intellekt əsaslı tədqiqat alətlərindən istifadə bacarıqlarının artırılması məqsədilə təşkil edilən 30-dan çox təlimdə 1500-dən artıq tədqiqatçı iştirak edib.

Gənc alimlərin hazırlanması və elmi kadr potensialı

Elmin davamlı inkişafı yüksəkixtisaslı elmi kadrların hazırlanması ilə birbaşa bağlıdır. Dövlət Statistika Komitəsinin 2026-cı ilin əvvəlinə olan məlumatına əsasən, ölkədə 114 müəssisə və təşkilatda, o cümlədən 40 ali təhsil müəssisəsi və 74 elmi müəssisədə doktorantura proqramları fəaliyyət göstərib. Bu proqramlarda 3123 nəfər təhsil alıb. Doktorantların 50,9 faizini qadınlar təşkil edib.

Elmi kadr hazırlığında beynəlxalq təcrübənin mənimsənilməsi də mühüm yer tutur. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025–2026-cı tədris ilindən etibarən ilk dəfə doktorantura səviyyəsi üzrə də qəbul aparılıb. Bu addım Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində elmi araşdırmalara cəlb olunması və gələcək tədqiqatçı nəslinin yetişdirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan alimlərinin beynəlxalq elmi nailiyyətləri

Azərbaycan alimlərinin beynəlxalq elmi əməkdaşlıq çərçivəsində əldə etdikləri nəticələr ölkənin elmi potensialının göstəricilərindəndir. Son dövrlərdə informasiya texnologiyaları, süni intellekt, kimya, fizika, biologiya, tibb və digər istiqamətlərdə aparılan tədqiqatların nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunması bu sahədə əməkdaşlığın genişləndiyini göstərir.

Bunun nümunələrindən biri 2026-cı il noyabrın əvvəlində Azərbaycan və Avstraliya alimlərinin birgə tədqiqatıdır. Beynəlxalq tədqiqat qrupu süni intellekt və verilənlərin intellektual analizi sahəsində klasterləşmə prosesinin nəticələrini daha dəqiq qiymətləndirməyə imkan verən yeni riyazi yanaşma hazırlayıb. Tədqiqatın nəticələri süni intellekt sahəsində nüfuzlu nəşrlərdən biri olan “Pattern Recognition” jurnalında dərc edilib. Təklif olunan metodun tibb, kibertəhlükəsizlik, ağıllı şəhərlər, kosmik tədqiqatlar və kənd təsərrüfatı kimi sahələrdə tətbiq imkanları var.

Digər diqqətçəkən nümunə Azərbaycan alimlərinin süni intellekt sistemləri vasitəsilə dezinformasiyanın aşkarlanması sahəsində apardıqları araşdırmadır. Tədqiqat nəticəsində mövcud sistemlərin mətnin həqiqiliyini müəyyənləşdirərkən üzləşdiyi metodoloji məhdudiyyətlər aşkar edilib və onların aradan qaldırılması üçün yeni yanaşma təklif olunub. Araşdırmanın nəticələri Q1 kateqoriyalı beynəlxalq elmi jurnalda dərc edilib.

Elmi diplomatiya və beynəlxalq əməkdaşlıq

2026-cı ildə Ümumdünya Elm Gününün “Elmi diplomatiya vasitəsilə ortaq zəmin” mövzusu təsadüfi seçilməyib. İqlim dəyişmələri, enerji təhlükəsizliyi, ərzaq təminatı, pandemiyalar, biomüxtəlifliyin qorunması və süni intellektin yaratdığı çağırışlar dövlətlər arasında elmi əməkdaşlığı zəruri edir. Bu problemlərin həlli yalnız ayrı-ayrı ölkələrin deyil, beynəlxalq elmi ictimaiyyətin birgə səylərini tələb edir.

Azərbaycanın da beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi, xarici elmi mərkəzlərlə birgə layihələrin həyata keçirilməsi, alim və tədqiqatçıların təcrübə mübadiləsində iştirakı bu baxımdan əhəmiyyət daşıyır. Elmin diplomatik münasibətlərdə körpü rolunu oynaması ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və qlobal problemlərin həllinə töhfə verir.

Qeyd edək ki, Ümumdünya Elm Günü UNESCO tərəfindən 2001-ci ildə elan edilib və ilk dəfə 2002-ci il noyabrın 10-da qeyd olunub. Bu günün əsas məqsədi elmin cəmiyyətin rifahı, sülh və davamlı inkişaf üçün əhəmiyyətini vurğulamaq, elmi biliklərin hər kəs üçün əlçatanlığını təşviq etməkdir.

Müəllif - Nərmin Muradzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri