Noyerin varisi tapıldı
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
“Bayern Münhen” qapı xəttindəki qeyri-sabitliyi aradan qaldırmaq məqsədilə “Milan” klubunun fransalı qapıçısı Mayk Meynanı transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, alman nəhəngi futbolçunu qış transfer pəncərəsində heyətinə qatmaq üçün hərəkətə keçəcək.
Fransanın əsas milli komandasının da qapıçısı olan Meynanla “Milan” arasında hazırda qüvvədə olan müqavilə 2026-cı ilin iyununda başa çatacaq. İtaliya mətbuatının yazdığına görə, “Bayern Münhen” 28 yaşlı futbolçu üçün rəsmi təklif hazırlayıb.
Klubun əsas qapıçısı Manuel Noyerin tez-tez zədələnməsi, klub rəhbərliyini uzunmüddətli perspektivdə yeni bir adla qapını möhkəmləndirməyə vadar edib. Meynan isə son illərdə “Milan”da göstərdiyi sabit çıxışla Avropanın ən etibarlı qapıçılarından biri kimi tanınır.
Fransalı qolkiper 2021-ci ildə “Lill”dən “Milan”a transfer olunub və bu müddətdə A Seriyasının ən yaxşı qapıçısı mükafatına layiq görülüb.
Kamil Xudiyev
Baxış sayı:110
Bu xəbər 07 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















