Noyerin qabırğası qırılıb
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bavariya" Çempionlar Liqasının Liqa mərhələsinin "Şaxtyor"la oyunu ərəfəsində ciddi itki ilə üzləşib.
QOL.az "Daily Sports"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vinsent Kompani danışıb.
Münhen təmsilçisinin qapıçısı Manuel Noyer zədələnib. Almaniya millisinin üzvü ölkə kubokunun 1/8 finalında "Bayer"lə matçda rəqib futbolçu Jeremi Frimponqla toqquşub. Tibbi müayinədən sonra məlum olub ki, 38 yaşlı qolkiperin qabırğası sınıb.
Kompani qeyd edib ki, Noyer ən az 2025-ci ilin fevral ayınadək yaşıl meydanlardan uzaqda qalacaq.
Əlavə edək ki, Noyer 2011-ci ildən “Bavariya”da oynayır. O, bu mövsüm “Bavariya”nın heyətində 19 matça çıxıb.
Qeyd edək ki, "Şaxtyor" (Ukrayna) – "Bavariya" (Almaniya) oyunu bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Baxış sayı:95
Bu xəbər 10 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















