Icma.az
close
up
RU
Nümayəndə heyətimiz “Mara’ee 2025” tədbirində Foto

Nümayəndə heyətimiz “Mara’ee 2025” tədbirində Foto

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” tədbiri ölkənin qədim ənənələrini, tarixi təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən möhtəşəm hadisə kimi diqqət çəkir.

Axar.az xəbər verir ki, “Mara’ee” sözü otlaq və geniş yaşayış sahələri mənasını daşıyır və Bəhreyn cəmiyyətinin əsrlər boyu formalaşmış həyat ritmini, əmək mədəniyyətini və icma birliyini əks etdirir.

Festival burada yalnız milli dəyərlərin qorunması və zəngin ənənələrin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda regionda mədəniyyətlərarası əlaqələri gücləndirən və beynəlxalq səviyyədə diqqət çəkən əlamətdar hadisə kimi də önəm daşıyır.

Bu mötəbər platformada Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi proqram festivalın ən parlaq məqamlarına çevrilmişdir. Səhnədə yüksək ustalıqla çıxış edən süvarilər, zəriflik və səhnə mədəniyyəti ilə seçilən orkestr, eləcə də milli koloritin bütün detallarını yaşadan rəqs qrupları vahid konsepsiya şəklində hazırlanmış, estetik və dinamik bir kompozisiya olaraq böyük maraq doğurmuşdur. Bu çıxışlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq sahəsində fəaliyyət göstərən xüsusi kollektivlərinin peşəkarlığını və ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil etmək missiyasını əks etdirmişdir.

Bir-birini tamamlayan səhnə nömrələri öz məzmunu, enerjisi və emosional təsiri ilə tədbirin ən uzun və ən yaddaqalan proqramlarından biri kimi qiymətləndirilmişdir.

Bu ilki festivalda Bəhreyn Krallığının Kralı Həmd bin İsa Al Xəlifə da iştirak edərək Azərbaycan nümayəndə heyətinə xüsusi təşəkkürünü bildirmiş və proqramdan aldığı müsbət təəssüratlarını ifadə etmişdir.

Azərbaycan nümayəndə heyətinin “Mara’ee 2025” səhnəsindəki uğurlu təqdimatı ölkəmizin mədəniyyətinin, peşəkar kollektivlərinin və milli dəyərlərinin beynəlxalq arenada yüksək səviyyədə təbliğinə daha bir töhfə vermişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri