Icma.az
close
up
RU
Nümayəndə heyətimiz Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” tədbirində ölkəmizi ən yüksək səviyyədə təmsil etmişdir

Nümayəndə heyətimiz Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” tədbirində ölkəmizi ən yüksək səviyyədə təmsil etmişdir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” tədbiri ölkənin qədim ənənələrini, tarixi təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən möhtəşəm hadisə kimi diqqət çəkir. 

“Mara’ee” sözü otlaq və geniş yaşayış sahələri mənasını daşıyır və Bəhreyn cəmiyyətinin əsrlər boyu formalaşmış həyat ritmini, əmək mədəniyyətini və icma birliyini əks etdirir. Festival burada yalnız milli dəyərlərin qorunması və zəngin ənənələrin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda regionda mədəniyyətlərarası əlaqələri gücləndirən və beynəlxalq səviyyədə diqqət çəkən əlamətdar hadisə kimi də önəm daşıyır.

Bu mötəbər platformada Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi proqram festivalın ən parlaq məqamlarına çevrilmişdir. Səhnədə yüksək ustalıqla çıxış edən süvarilər, zəriflik və səhnə mədəniyyəti ilə seçilən orkestr, eləcə də milli koloritin bütün detallarını yaşadan rəqs qrupları vahid konsepsiya şəklində hazırlanmış, estetik və dinamik bir kompozisiya olaraq böyük maraq doğurmuşdur. Bu çıxışlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq sahəsində fəaliyyət göstərən xüsusi kollektivlərinin peşəkarlığını və ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil etmək missiyasını əks etdirmişdir.

Bir-birini tamamlayan səhnə nömrələri öz məzmunu, enerjisi və emosional təsiri ilə tədbirin ən uzun və ən yaddaqalan proqramlarından biri kimi qiymətləndirilmişdir.

Bu ilki festivalda Bəhreyn Krallığının Kralı Həmd bin İsa Al Xəlifə da iştirak edərək Azərbaycan nümayəndə heyətinə xüsusi təşəkkürünü bildirmiş və proqramdan aldığı müsbət təəssüratlarını ifadə etmişdir.

Azərbaycan nümayəndə heyətinin “Mara’ee 2025” səhnəsindəki uğurlu təqdimatı ölkəmizin mədəniyyətinin, peşəkar kollektivlərinin və milli dəyərlərinin beynəlxalq arenada yüksək səviyyədə təbliğinə daha bir töhfə vermişdir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see187

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri