Nur çörək zavodunun sürücüsü yolu kəsib mübahisə etdi VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda qaydaları pozan sürücü yolda hərəkəti dayandırdı. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 18-də, paytaxtın Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, "Nur" çörək zavoduna məxsus olan 90-LY-628 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. O, tıxac olduğunu görsə də, kəsişmə yerinə daxil olaraq digər istiqamətdən gələn avtomobillərin yolunu kəsib.
Görüntünü qeydə alan sürücü tıxacın aradan qaldırılması üçün dəfələrlə maşından düşərək qayda pozan sürücüyə irad bildirib. O, avtomobilin istiqamətini dəyişməsini tələb etsə də, "Ford" sürücüsü buna məhəl qoymayıb və hərəkətsiz vəziyyətdə qalıb.
Lakin hadisənin videoçəkilişə alındığını görən sürücü bir az mübahisə etdikdən sonra geri addım atmağa məcbur olub. Nəhayət, avtomobilin istiqamətini dəyişərək yolayrıcını tərk etməsi nəticəsində hərəkət normallaşıb.
Qanunvericilikdə qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 Fevral 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















