Icma.az
close
up
RU
Sülhə aparan “çörək yolu”

Sülhə aparan “çörək yolu”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan üzərindən Ermənistana daşınan buğda qonşuluğa xeyir-dua mesajıdır

Azərbaycan dəmir yolları vasitəsilə daşınan Rusiya buğdasının ilk partiyası Ermənistana çatıb. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. Onun sözlərinə görə, ümumi çəkisi 1048 ton 800 kiloqram olan taxıl yüklü 15 vaqon noyabrın 5-də axşam “Ayrum” stansiyasına gətirilib.

“Bu, adətən Yuxarı Lars vasitəsilə çatdırılan Rusiya buğdasıdır. Siz oradakı çətinlikləri – növbələri, eləcə də nəqliyyat əlaqəsinə əhəmiyyətli maneələri bilirsiniz. Bu dəfə yük Rusiya ərazisindən keçməklə Azərbaycana dəmir yolu ilə çatdırıldı. Hazırda Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi olmadığı üçün qatar Gürcüstana, oradan isə Ermənistana daxil oldu. Beləliklə, bu gün tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb”, – deyə nazir vurğulayıb.

Papoyan qeyd edib ki, bir neçə gün ərzində Qazaxıstan buğdası da Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq. Hazırda Qazaxıstan buğdası Azərbaycan ərazisindədir və noyabrın 7-dək Ermənistana çatacağı gözlənilir.

Məsələyə Rusiya tərəfi də münasibətini açıqlayıb. Baş nazirin müavini Aleksey Overçuk Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında Azərbaycan Respublikası və Gürcüstan ərazisindən dəmir yolu əlaqəsinin qurulmasını alqışlayıb. Overçuk jurnalistlərə bildirib ki, bu hadisə Cənubi Qafqazda sülhün bərqərar olmasına real, maddi töhfədir, regional sabitlik və regiondakı bütün ölkələrin iqtisadi inkişafı üçün gördükləri işlərin sübutudur: “Həmkarlarıma – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevə və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryana Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin açılması üçün birgə səylərinə, eləcə də Gürcüstana bu marşrut üzrə daşınmaların təşkilində konstruktiv iştirakına görə təşəkkür etmək istəyirəm”.

Rusiya Kənd Təsərrüfatı Nazirliyindən “RİA Novosti” agentliyinə bildirilib ki, bu istiqamətin inkişaf etdirilməsi Cənubi Qafqaz ölkələrinə ixrac həcminin artırılması üçün əlavə imkanlar açır. Nazirlik aydınlıq gətirib ki, Ermənistan il ərzində təxminən 450-500 min ton taxıl idxal edir. Bu həcmin demək olar ki, 100 faizi Rusiyadan daxil olur. Yeni marşrut Azərbaycan və Gürcüstan ərazisindən tranzit əlaqəsini təmin edir ki, bu da nəqliyyat xərclərini azaldır və təchizat dayanıqlılığını artırır.

Rusiya Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada isə ilk buğda partiyasının Ulyanovsk vilayətinin Dimitrovqrad stansiyasından vaqonlara yüklənildiyi bildirilib. Qeyd edilib ki, 2026-cı il yanvar ayının sonuna qədər Azərbaycan ərazisindən keçən yeni dəmir yolu marşrutu ilə Ermənistana daha 132 vaqon buğda göndəriləcəyi bildirilib. Nazirlik bildirib ki, Azərbaycandan keçməklə Ermənistana yük tranzitinin bərpası nəticəsində yeni logistika marşrutunun fəaliyyəti mümkün olub. TASS xəbər verir ki, nazirlik, eyni zamanda, bu marşrutla digər kateqoriyalı yüklərin çatdırılmasını da nəzərdən keçirir. Rusiya Nəqliyyat Nazirliyi vurğulayıb ki, bu, 1990-cı illərdən bəri Azərbaycandan keçməklə Ermənistana ilk dəfə yük daşınmasıdır.

Məsələyə Ermənistanın Baş naziri Nikol Paşinyan da münasibətini açıqlayıb. O, Rusiya taxılının Azərbaycan vasitəsilə Ermənistana göndərilməsini mühüm hadisə adlandırıb. Dünən jurnalistlər üçün keçirdiyi brifinqdə Paşinyan bildirib ki, ilkin olaraq birinci qatarın Qazaxıstandan gəlməsi planlaşdırılırdı: “Lakin sonradan məlum oldu ki, Azərbaycan Rusiya yükləri üçün də belə bir imkan yaradır. İndi bu marşrut üzrə Rusiyadan digər kateqoriyalı malların idxalı üçün müraciətlər formalaşır”. Onun sözlərinə görə, Azərbaycan üzərindən malların Ermənistana çatdırılmasının yeni imkanı nəzərə alınmaqla, yük axınları yenidən bölüşdürülür. Baş nazir Qazaxıstan qatarı gələnə qədər Rusiyadan əlavə yüklərin göndərilməsinin mümkünlüyünü istisna etməyib: “Vəziyyət dinamik inkişaf edir – yeni müraciətlər daxil olur. Həmçinin Ermənistandan Rusiyaya, Qazaxıstana və digər ölkələrə yük axınının necə təşkil oluna biləcəyini yoxlamaq lazımdır”.

N.Paşinyan Ermənistanın Marqara–Kornidzor marşrutu üzrə Türkiyə və Azərbaycan yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu da xatırladıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir.

***

Rusiyadan Ermənistana buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçərək ünvanına çatması regionda yeni reallığın formalaşdığını göstərir. Bu hadisə təkcə iqtisadi və logistik baxımdan deyil, həm də Cənubi Qafqazda sülh quruculuğu və qarşılıqlı etimad mühitinin möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir. Uzun illər boyu qapalı qalan nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpa olunması, tərəflər arasında praktiki əməkdaşlıq imkanlarının yaranması regionda sabitliyin və qarşılıqlı faydanın əsas dayağına çevrilə bilər. Bu marşrut, əslində, münaqişə sonrası dövrdə formalaşan yeni yanaşmanın – real əməkdaşlıq üzərində qurulan sülh fəlsəfəsinin təzahürüdür. Azərbaycan ərazisindən keçən bu qatar həm iqtisadi inteqrasiyanın, həm də siyasi etimadın rəmzi kimi tarixə düşür.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Dövlətimizin başçısı Astanada Qazaxıstan Prezidenti Kasım–Jomart Tokayevlə mətbuata birgə bəyanatında demişdi: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə XQ-yə açıqlamasında bildirdi ki, Rusiyadan və Qazaxıstandan Ermənistana taxıl daşınmasının Azərbaycan ərazisindən keçməklə həyata keçirilməsi region üçün mühüm strateji hadisədir. Onun sözlərinə görə, bu proses təkcə iqtisadi baxımdan deyil, həm də siyasi, diplomatik və sülh quruculuğu aspektindən diqqətəlayiq addımdır: “Ən önəmlisi isə bu marşrutun mümkün olmasında Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və praqmatik yanaşması həlledici rol oynayıb. Məhz bu prinsipial və balanslı mövqenin nəticəsidir ki, indi Rusiya və Qazaxıstan kimi böyük iqtisadi oyunçular öz məhsullarını Ermənistan bazarına məhz Azərbaycan üzərindən çatdırmaq imkanı əldə ediblər”.

Müsahibimiz bildirdi ki, əslində, bu hadisə regionda uzun illər davam edən iqtisadi blokadaların tədricən aradan qaldırılmasına doğru atılan addım kimi də dəyərləndirilə bilər: “Azərbaycanın ərazisindən keçən bu ticarət marşrutu həm region dövlətləri arasında qarşılıqlı asılılığı artırır, həm də yeni etimad mexanizmlərinin formalaşmasına təkan verir. Bu, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı Cənubi Qafqazda əməkdaşlıq platformasının yaradılması ideyasının praktik müstəvidə təcəssümüdür. Bu reallığı diqqətə alan bir çox beynəlxalq müşahidəçilər qeyd edirlər ki, Azərbaycan bu addımı ilə yalnız öz tranzit imkanlarını genişləndirmir, həm də regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir. Ermənistanın uzun illər ərzində özünü təcrid vəziyyətinə saldığı bir dövrdən sonra məhz Azərbaycan üzərindən bu yükün daşınması həm yeni münasibətlər formatının, həm də praqmatik siyasətin nəticəsidir”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin sülh təşəbbüsləri və kommunikasiyaların açılması ilə bağlı ardıcıl mövqeyi bir daha təsdiqləyir ki, Azərbaycan müharibədən sonra revanş deyil, əməkdaşlıq və qarşılıqlı fayda yolunu seçib: “Bu siyasət təkcə region ölkələrinin deyil, həm də beynəlxalq ictimaiyyətin dəstəklədiyi bir yanaşmadır. Azərbaycan rəhbərliyinin məqsədi regional sabitliyi möhkəmləndirmək, iqtisadi əlaqələr vasitəsilə gərginlik ocaqlarını aradan qaldırmaq və Cənubi Qafqazda davamlı sülh mühitinə nail olmaqdır. Nəticə etibarilə, Rusiya və Qazaxıstandan gələn buğda yüklü qatarlara Azərbaycanın tranzit dəhlizlərini açması regionun iqtisadi xəritəsini yenidən formalaşdıran, siyasi reallıqları dəyişdirən və etimad mühitini gücləndirən tarixi addımdır”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri