Nura Suri kitab yazır “Şou biznesin qaranlıq üzü”
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Müğənni Nura Suri kitab yazır.
Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.
"“Şou-biznesin Qaranlıq Üzü” adlı layihə üzərində çalışıram. Bu əsər kitab formasında, lakin serial ssenarisi məntiqi ilə yazılıb və məqsədim onu beynəlxalq platformaya, xüsusilə Netflix formatına uyğunlaşdırmaqdır.
Janr baxımından layihə dedektiv + psixoloji gərginlik üzərində qurulub. Hadisələr şou-biznes dünyasının pərdəarxası, görünməyən və çox vaxt gizlədilən tərəflərini əhatə edir: nüfuz savaşı, şantaj, qorxu, manipulyasiya və qeyri-rəsmi güc mexanizmləri.
Serialın mərkəzində Lola adlı məşhur müğənni dayanır. Onun şəxsi münasibətləri illər ərzində bir neçə qalmaqallı və təhlükəli hadisənin mərkəzinə çevrilir. Müxtəlif dövrlərdə Lolanın sevgililəri vasitəsilə:
digər müğənnilərə təzyiq göstərilir, bir kişi müğənniyə silahla hədə-qorxu gəlir, sonra məsələ böyüyür. Lola ölkəni tərk etmək istəyir. Başqa bir nüfuzlu müğənni ona dəstək olur. Lola bir müddət vəzifəli şəxslə sevgili olur, sakit həyat yaşayır.
illər sonra Lolanın başqa bir sevgilisi, eyni zamanda onun yaxın dostu olan bir müğənniyə qarşı yenidən ictimai alçaltma və zorakı davranışlar, silahla hədə-qorxu gəlir.
Bütün bu hadisələr fonunda şou-biznesin içində formalaşmış qeyri-rəsmi “mafiya” sistemi, qorxu üzərindən qurulan münasibətlər və susdurulan insanlar üzə çıxır.
Bu ssenari real hadisələrdən ilhamlanaraq qələmə alınıb, lakin bütün personajlar, adlar tamamilə fiksiyadır. Hər hansı real şəxs və ya hadisə ilə birbaşa əlaqə nəzərdə tutulmur", - deyə ifaçı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Dekabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















