Nura Suri təhsil sistemini tənqid etdi: “Ev tapşırıqları ilə uşaqları...”
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
"Uşaqlara təhsil vermək, onların məktəbdənkənar vaxtını oğurlamaq demək deyil".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri "Facebook" hesabında yazıb.
O bildirib ki, ev tapşırıqları ilə uşaqları və valideynləri yükləmək təhsil vermək hesab olunmur:
"Uşaqları idmana, musiqiyə, rəsmə, rəqslərə və digər fəaliyyətlərə yönləndirmək, onların zehni inkişafına daha çox faydalı olacaq. Bunun əvəzinə, uşaqları beyinlərinin hələ qəbul edə bilmədikləri dərslərə yükləyərək, onları həyatdan bezdirmək doğru deyil".
İfaçı qeyd edib ki, dövlət məktəblərində təhsil alan uşaqların valideynləri onsuz da min bir əziyyətlə əlavə hazırlıqlara, müəllimlərə pul xərcləmək məcburiyyətindədirlər:
"Azərbaycanda təhsilə mütləq və ciddi şəkildə dəyişiklik edilməlidir. Dövlət məktəblərində kameraların quraşdırılması və ciddi nəzarətin həyata keçirilməsi vacibdir. Eyni zamanda, məktəblərdə peşəkar və savadlı psixoloqların fəaliyyət göstərməsi də mütləqdir".
Nura Surinin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində, imkanı olmayan uşaqlara dəstək və nəzarət məqsədilə yeni bir şöbə açılmalıdır:
"Bu şöbə icra hakimiyyətləri ilə də əlaqədə olmalıdır. Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik".
Aslan
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 16 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















