Nura Suri tənqid etdi: Özünüz kimi olun KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
“Bizim influenserlərin əksəriyyəti özlərini başqalarına oxşadaraq kontent kopyalayırlar. Halbuki kontent yaradan, səmimi və individual olan influenserlər də var və mən onları sevə-sevə izləyirəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, yerli bloqer və influenserləri xarici həmkarlarını təkrarladıqları üçün tənqid edib:
“Dünən UFC-yə dəvət olunanların əksəriyyəti bu gün demək olar ki, eyni tipli paylaşımlar edib. Bir-birindən fərqlənməyən kontent həm maraqsız, həm də bəsit görünür.
Xarici bloqer və influenserlərə baxıb onları kopyalamağa çalışırsınızsa, vallah, alınmır. Biz onlar kimi deyilik. Onların həyat tərzi də, düşüncə tərzi də fərqlidir.
Məncə, ən önəmlisi individuallıqdır. İnsan məhz öz üslubu ilə yadda qalır, başqasının təkrarı olmaqla yox”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 İyun 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















