Icma.az
close
up
RU
NURLAN HƏSƏNOV, ƏSLİNDƏ KİMİN QOHUMUDUR? Araşdırma (+FOTO, VİDEO)

NURLAN HƏSƏNOV, ƏSLİNDƏ KİMİN QOHUMUDUR? Araşdırma (+FOTO, VİDEO)

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunaraq istintaqa cəlb edildikdən sonra mediada və sosial şəbəkələrdə Ramiz Mehdiyevin özüylə yanaşı onun yaxın ətrafı haqqında da müxtəlif məzmunlu məlumatlar yayılır. Bu da təbiidir, hazırda “Boz kardinal”ın özü, yaxın ətrafı, əlaqələri, topladığı sərvət, gizli əlaqələri və s. barədə materiallar özünə böyük oxucu auditoriyası toplayır.

Lakin həmişə olduğu kimi, yaranmış münbit şəraitdən sui-istifadə edən, Ramiz Mehdiyev mövzusunu hansısa hesablaşma, şantaj, qarayaxma aləti kimi istismaq edənlər də, bir neçə gündür ki, “meydan sulayır”. Ən müxtəlif sahələrdə çalışan şəxsləri - məmurları, deputatları, iş adamlarını yerli-yersiz, əsaslı-əsassız Mehdiyev, Əli Həsənov və onların yaxın çevrəsi ilə əlaqələndirmək tendensiyaya çevrilib. Bəzi faktlar ictimaiyyətə məlumdur, ötən onilliklərdə baş vermiş hadisələr indiki nəslin gözü qarşısında olub, ona görə kimi gəldi Ramiz Mehdiyevə bağlamaq da əks reaksiya yaradır. Çünki bu cür dezinoformasiyaların dövriyyəyə buraxılması, müxtəlif şəxslərin hakimiyyətdə, biznesdə öz rəqiblərini, münaqişədə olduğu şəxsləri “qara piar”ın köməyi ilə sıradan çıxarmaq cəhdi kimi görünür.

Məsələn, son günlər bəzi saytlarda əslən Şərur rayonundan olan Nurlan Həsənov Prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələndirilir, onlar qohum və biznes şəriki kimi təqdim olunur. Üstəlik, N.Həsənov barəsində heç bir əsası olmayan yalan informasiyalar tirajlanır.

Halbuki, Nurlan Həsənovla Əli Həsənovun heç bir qohumluq əlaqələri və hansısa şəriklik münasibətləri yoxdur və olmayıb. Şərur camaatı və onu yaxından tanıyanlar arasında böyük hörmət sahibi olan Nurlan Həsənov mərhum Prezident Heydər Əliyevin yaxın silahdaşı, Azərbaycan Ali Sovetinin üzvü, istiqlalçı deputat Allahverdi Həsənovun qardaşı oğludur. A.Həsənov vaxtilə Ali Sovetdə Heydər Əliyevə hücumlar olanda onu çəkinmədən müdafiə edən deputatlardan biri idi və bunu sübut edən videokadrlar da var. Yəni, Nurlan Həsənov kökdən Əliyevçi bir nəslin nümayəndəsidir və indi onu kimlərəsə bağlamaq, soyad oxşarlığına görə kimlərləsə qohum kimi təqdim etmək və beləliklə də ləkələmək cəhdləri şantajdan başqa bir şey deyil.

Bir daha təkrarlayırıq ki, gündəmdə olan Ramiz Mehdiyev mövzusundan tiraj qazanmaq istəyi media subyektəri üçün təbiidir. Amma informasiya resursu hansısa dairələrin, şəxslərin əlində dəyənəyə çevriləndə öz məzmununu və mahiyyətini itirir. Bu, bütövlükdə medianın cəmiyyətdə nüfuzuna mənfi təsir göstərir. Ona görə həmkarlarımız özlərindən və əllərində olan media subyektlərindən bu cür çirkli niyyətlər üçün istifadə olunmasına imkan verməməlidirlər.

Onu da qeyd edək ki, N.Həsənovun guya Əli Həsənovla, Ramiz Mehdiyevlə qohum və yaxın olduqlarını bir müddət əvvəl “LAF TV”-yə müsahibəsində Əflan İbrahimov adlı hansısa partiya sədri də iddia edib. Lakin bu televiziyanın aparıcısı, tanınmış jurnalist Ləman Ələşrəfqızı dünən bunu təkzib edən videomaterial yayımlayıb.

Həmin videonu da təqdim edirik:

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Oktyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri