Icma.az
close
up
RU
Nurlan Həsənov, əslində, kimin qohumudur? ARAŞDIRMA (VİDEO/FOTO)

Nurlan Həsənov, əslində, kimin qohumudur? ARAŞDIRMA (VİDEO/FOTO)

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunaraq istintaqa cəlb edildikdən sonra mediada və sosial şəbəkələrdə Ramiz Mehdiyevin özüylə yanaşı onun yaxın ətrafı haqqında da müxtəlif məzmunlu məlumatlar yayılır. Bu da təbiidir, hazırda “Boz kardinal”ın özü, yaxın ətrafı, əlaqələri, topladığı sərvət, gizli əlaqələri və s. barədə materiallar özünə böyük oxucu auditoriyası toplayır.
Lakin həmişə olduğu kimi, yaranmış münbit şəraitdən sui-istifadə edən, Ramiz Mehdiyev mövzusunu hansısa hesablaşma, şantaj, qarayaxma aləti kimi istismar edənlər də bir neçə gündür ki, “meydan sulayırlar”. Ən müxtəlif sahələrdə çalışan şəxsləri - məmurları, deputatları, iş adamlarını yerli-yersiz, əsaslı-əsassız Mehdiyev, Əli Həsənov və onların yaxın çevrəsi ilə əlaqələndirmək tendensiyaya çevrilib. Bəzi faktlar ictimaiyyətə məlumdur, ötən onilliklərdə baş vermiş hadisələr indiki nəslin gözü qarşısında olub, ona görə kimi gəldi Ramiz Mehdiyevə bağlamaq da əks reaksiya yaradır. Çünki bu cür dezinoformasiyaların dövriyyəyə buraxılması, müxtəlif şəxslərin hakimiyyətdə, biznesdə öz rəqiblərini, münaqişədə olduğu şəxsləri “qara piar”ın köməyi ilə sıradan çıxarmaq cəhdi kimi görünür.
Məsələn, son günlər bəzi saytlarda əslən Şərur rayonundan olan Nurlan Həsənov Prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələndirilir, onlar qohum və biznes şəriki kimi təqdim olunur. Üstəlik, N.Həsənov barəsində heç bir əsası olmayan yalan informasiyalar tirajlanır.
Halbuki Nurlan Həsənovla Əli Həsənovun heç bir qohumluq əlaqələri və hansısa şəriklik münasibətləri yoxdur və olmayıb. Şərur camaatı və onu yaxından tanıyanlar arasında böyük hörmət sahibi olan Nurlan Həsənov mərhum Prezident Heydər Əliyevin yaxın silahdaşı, Azərbaycan Ali Sovetinin üzvü, istiqlalçı deputat Allahverdi Həsənovun qardaşı oğludur. A.Həsənov vaxtilə Ali Sovetdə Heydər Əliyevə hücumlar olanda onu çəkinmədən müdafiə edən deputatlardan biri idi və bunu sübut edən videokadrlar da var. Yəni Nurlan Həsənov kökdən Əliyevçi bir nəslin nümayəndəsidir və indi onu kimlərəsə bağlamaq, soyad oxşarlığına görə kimlərləsə qohum kimi təqdim etmək və beləliklə də ləkələmək cəhdləri şantajdan başqa bir şey deyil.

Bir daha təkrarlayırıq ki, gündəmdə olan Ramiz Mehdiyev mövzusundan tiraj qazanmaq istəyi media subyektəri üçün təbiidir. Amma informasiya resursu hansısa dairələrin, şəxslərin əlində dəyənəyə çevriləndə öz məzmununu və mahiyyətini itirir. Bu, bütövlükdə medianın cəmiyyətdə nüfuzuna mənfi təsir göstərir. Ona görə həmkarlarımız özlərindən və əllərində olan media subyektlərindən bu cür çirkli niyyətlər üçün istifadə olunmasına imkan verməməlidirlər.
Onu da qeyd edək ki, N.Həsənovun guya Əli Həsənovla, Ramiz Mehdiyevlə qohum və yaxın olduqlarını bir müddət əvvəl “LAF TV”yə müsahibəsində Əflan İbrahimov adlı hansısa partiya sədri də iddia edib. Lakin bu televiziyanın aparıcısı, tanınmış jurnalist Ləman Ələşrəfqızı dünən bunu təkzib edən videomaterial yayımlayıb. (AzPolitika.info)
Həmin videonu da təqdim edirik:
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri